Məşhur kinoaktyor, Harri Potter haqqında çəkilmiş beş filmdə baş rolu ifa etmiş Maykl Hembon indiyədək onunla bağlı yazılmış kitabların heç birini oxumadığını etiraf edib. O, “Daily Telegraph” qəzetinə verdiyi müsahibədə bu barədə belə deyib:- “Mən Potter haqqında beş filmə çəkilsəm də, indiyədək onun barəsində yazılmış kitabları oxumamışam. Mən bunu vaxtımın məhdud olduğuna görə deyil, sadəcə olaraq ssenarinin bütün detallarına yaxşı bələd olduğum üçün etmişəm”.
   Xatırladaq ki, yazıçı Coan Roulinqin məşhur sehrbaz Xoqvartsın fokus məktəbi və gənc maq Harri Potter haqqında yazdığı kitab dünya xalqlarının 65 dilinə tərcümə olunaraq, 400 milyon tirajla çap olunub. Kitabın satışından əldə olunan gəlirin miqdarının isə 4.5 milyard dollar təşkil etdiyi bildirilir. Coan Roulinqin ötən il çapdan çıxmış sehrbaz Harri Potterin macəralarından bəhs edən “Harri Potter və ölülər aləminin töhfələri” adlı axırıncı kitabının qısa bir zaman ərzində satılıb qurtarması yazarın böyük şöhrət sahibi olduğunu təsdiqləyən yeganə fakt deyil. Qərb mətbuatının yazdığına görə onun bu yaxınlarda işıq üzü görmüş ensiklopedik xarakterli, elmi-kütləvi janrda yazılmış “Fantastik heyvanlar və onların yaşayış məskənləri” adlı sonuncu kitabı da bestsellerə çevrilib.
   Hazırda sehrbaz Harri Potter haqqında çəkilmiş altıncı filmin daha böyük uğur qazandığı bildirilir. Qəzetlərin yazdığına görə bu filmi prokata buraxıldığı cəmi bir neçə həftə ərzində 104 milyon dollar gəlir əldə edərək çəkiliş xərclərini çıxara bilib.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar