12 noyabr Azərbaycan Konstitusiyası Günüdür

Konstitusiya (latınca “quruluş”) dövlətin ali qanunu, dövlətin mahiyyətini açıqlayan, qanunvericilik, icra və məhkəmə orqanlarının funksiyalarını əks etdirən, cəmiyyət, şəxsiyyət və dövlət arasındakı qarşılıqlı münasibətləri müəyyən edən Əsas Qanundur. Konstitusiya sözünün hərfi mənası “qurmaq, yaratmaq, əsasını qoymaq” deməkdir. Əsas Qanun dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və onların təmin olunmasına zəmanət verir.
Memarı ulu öndər Heydər Əliyev olan Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində qəbul edilmiş, 1995-ci il noyabrın 27-dən Milli Məclis tərəfindən təsdiqlənərək qüvvəyə minmişdir. Ümummilli liderin 1996-cı il 6 fevral tarixli fərmanı ilə 12 noyabr Konstitusiya Günü elan edilib. 158 maddə, 5 bölmə və 12 fəsildən ibarətdir. 2002-ci il 24 avqust və 2009-cu il 18 mart ümumxalq referendumları ilə Əsas Qanunun bəzi maddələrinə əlavə və dəyişikliklər edilmişdir.
Ali qanunumuz özündə milli və ümumbəşəri dəyərləri ehtiva edir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulundan 18 il keçir. Bu 18 ildə bütün sahələrdə olan təkamül təqdirəlayiqdir. Dünya ölkələri ilə imzalanan sazişlər diqqəti xüsusilə cəlb edir. Bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində çalışan insanlar da bu təkamüldən ilham alaraq daha çox səylə çalışırlar.
Biz ümid edirik ki, gələcəkdə bütün sahələrdə olan bu inkişaf göstəricisi artan bir xətt üzrə davam edəcək, xüsusilə mədəniyyət sahəsində daha böyük nailiyyətlər əldə olunacaqdır.

Rəfiqə Nəsirova,
Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin elmi işçisi







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar