Layihə çərçivəsində “Azərbaycançılıq - bizi birləşdirən dəyər” adlı elektron toplu hazırlanıb

“Effektiv Təşəbbüslər Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Elektron və sosial mediada azərbaycançılıq məfkurəsi və milli-mənəvi dəyərlərin təbliği” adlı layihə həyata keçirib. Bu, ictimai birliyin 2009-cu ildən Şuranın dəstəyi ilə reallaşdırdığı “azerbaycanli.org - milli eyniyyətdən qlobal dünyaya pəncərə” layihəsinin növbəti mərhələsidir.
Ötən müddətdə layihə çərçivəsində www.azerbaycanli.org saytı (Azərbaycan, rus, ingilis dillərində) yaradılıb, “Bizim təqvim”, “Qarabağ tarixinin salnaməsi”, “Qarabağ ədəbiyyatı”, “Mədəniyyət gündəliyi”, “Yaddaşın vəhdəti: bölünməz tariximizin 200 ili” adlı elektron toplular hazırlanıb.
Layihənin bu mərhələsində isə “Azərbaycançılıq - bizi birləşdirən dəyər” adlı elektron toplu yaradılıb. Toplu azerbaycanli.org saytında yerləşdirilib, eyni zamanda internet məkanda, sosial mediada yayılacaq. Layihə çərçivəsində həmçinin azerbaycanli.org analitik-informasiya portalının dizaynı əsaslı şəkildə yenilənib, funksional imkanları genişləndirilib.