Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva məşhur modelyer Pyer Kardenin studiyasında və teatrında olub
      
   UNESCO-nun 65 illiyi ilə bağlı keçirilən bayram tədbirlərində iştirak etmək üçün Parisdə səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva tanınmış moda ustası Pyer Kardenin dəvəti ilə dekabrın 13-də onun studiyasında və daha sonra isə teatrında olub.
   Studiyada nümayiş olunan geyimlər və aksessuarlar barədə danışan Pyer Karden ötən əsrin 60-cı illərindən sonrakı dövrdə dünyada mövcud olan “Pyer Karden” dəb geyim nümunələri haqqında Mehriban xanım Əliyevaya ətraflı məlumat verib.
   1960-cı illərdən etibarən Pyer Kardenin adı dünyanın 5 ən məşhur fransızı siyahısına daxil edilib. Onun adını daşıyan ticarət markası altında 140 ölkədə 200 min nəfərədək insan çalışır. Məşhur kuturye 500-dən çox ideyanın müəllifidir. Onun ixtiraları yalnız moda aləmini əhatə etmir. Modelyerin nəqliyyat, memarlıq və reklam sahəsində də xidmətləri vardır.
   P.Kardenin imzasına modadan başqa restoran, teatr, ətriyyat, müxtəlif aksessuar və saat istehsalında da rast gəlinir. O, daim yenilik etməyi sevir. Pyer Karden kişilərin geyim üslubunda intibah edən ilk modelyerlərdəndir. Onun kişilər üçün hazırladığı geyimləri xüsusi zövqü ilə göz oxşayır. Təsadüfü deyil ki, bu gün dünyanın müxtəlif ölkələrində 160 milyondan artıq insan “Pyer Karden” markasına üstünlük verir.
   Studiyada nümayiş etdirilən geyim nümunələri Mehriban Əliyevada zəngin təəssürat oyadıb.
   Mehriban xanım Əliyeva Pyer Karden teatrında da olub. P.Karden M. Əliyevaya teatr barədə ətraflı məlumat verib və teatr truppasının uzun müddətdir ki, burada çalışdığını, yaradıcılığında bir çox janra üstünlük verdiyini bildirib. Azərbaycanın birinci xanımı truppanın hazırladığı baletin tamaşasına baxıb. M.Əliyevanın Parisə səfəri davam edir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar