Müsəlman dünyasının böyük elmi nailiyyətlərindən
   
   Fizika
   
   Əbül-İzz Əl-Cəzəri «Kitabül-Xiyəl» («Xəyallar kitabı») adlı əsərlə kibernetikanın əsasını qoymuşdu.
   Optika elminin təməlini qoymuş İbn Heysəm «Görüntülər kitabı» ilə Bekon, Kepler və Leonardo da Vinçi kimi alimlərin elmi fəaliyyətlərinə əsaslı formada təkan vermişdi.
   Əhməd bin Musa «Qəribə sistemlər» əsərində 1000-ə qədər avtomatik nəzarət sistemli cihazın planını vermişdir.
   Fərabi ilk dəfə səsin izahını vermişdir.
   İbn Qərarə ilk dəfə torna dəzgahını quraşdırmışdır.
   880-ci ildə İbn Firnans adlı müsəlman ilk dəfə təyyarə tipli uçan cihaz ixtira etmişdir. Adıçəkilən müsəlman alim quş tükü və qumaşdan istifadə etməklə hazırladığı qurğuda uzun müddət havada dövr etdikdən sonra sağ-salamat yerə enmişdi. Qərbdə isə yalnız 1903-cü ildə Orvilla Rayt qardaşları təyyarədə ilk uçuşu həyata keçirmişlər.
   Qalileydən çox əvvəl kəfkirli saatdan İbn Yunus istifadə etmişdir.
   Xazini «Mizanül - Hikmət» adlı əsərində tərəzilər haqqında lazımi bilgilər vermiş, bir çox maddələrin xüsusi çəkisini hesablamışdı.
   Biruni 18 növ maddənin xüsusi çəkisini (bəzilərini günümüzlə müqayisədə çox dəqiqliklə) hesablamış, suyun qatılığını tapmışdı.
   Xazini havanın saflığını hesablamış, küləyin sürəti ilə hava sıxlığı arasındakı əlaqəni Toriçelidən əvvəl kəşf etmişdir.
   Atomun daxilində böyük bir enerji gizləndiyini, onun parçalanmasının mümkünlüyünü və bu zaman Bağdadı alt-üst edə biləcək gücə malik olduğunu ilk dəfə «kimyanın atası» adını almış Cabir bin Həyyan söyləmişdi.
   Nəsrəddin Tusinin tələbəsi olmuş Qütbəddin Şirazi Dekartdan düz 300 il əvvəl «əlamüs-səma» (göyqurşağı) hadisəsinin elmi izahını vermişdir.
   Yerin cazibə qüvvəsi barədə Nyutondan xeyli əvvəl müsəlman alimləri Razi, Biruni, Xazini və b. mülahizələr irəli sürmüş, əslində bu qanunu elmi şəkildə kəşf etmişlər.
   Eynşteynin tədqiqat apardığı, amma sona çatdıra bilmədiyi zəif elektromaqnit qüvvələrin birləşmiş sahə nəzəriyyəsinə görə müsəlman alimi, professor Əbdüssəlam Nobel mükafatına layiq görülmüşdür.
   
   Hazırladı: Xeybər Göyyallı