Jerar Depardye Heydər Əliyev Fondunda da olub
   
   Prezident İlham Əliyev dekabrın 13-də ölkəmizdə səfərdə olan məşhur fransız aktyoru Jerar Depardyeni qəbul edib. Jerar Depardye ölkəmizə səfərindən məmnunluğunu bildirib. Görüşdə Azərbaycanda kinematoqrafiyanın inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
   
   * * *
   Məşhur fransız aktyoru Jerar Depardye dekabrın 14-də Heydər Əliyev Fondunu ziyarət edib. Aktyora ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun tarixi, məqsədləri haqqında məlumat verilib.
   Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlara diqqətlə nəzər yetirən J.Depardye görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraq göstərib. Fondla tanışlıqdan sonra dünya şöhrətli aktyor Xatirə kitabına ürək sözlərini yazıb.
   Daha sonra J.Depardye ümummilli liderin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən, Heydər Əliyev Fondunun fəaliyyətindən, o cümlədən ölkəmizdə təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə həyata keçirdiyi layihələrdən bəhs edən filmə baxıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar