Otağın yuxarı başında, sağ tərəfdə Canalı müəllimin stolu var. Bu stolun arxasında o, daim məşğul oturardı. Çox az hallarda başını qaldırıb adətən gənclərə müraciətlə «hə, necədi işlər?» soruşardı. Canalı müəllim bu stolun arxasında müxbirlərin hay-küyünə, ümumiyyətlə, otaqdakı hallara qarışmamaqla, təmkinini qorumaqla unikal bir insan modeli idi. Etik çərçivəni gözləyən, yalnız öz işi ilə məşğul olan, necə deyərlər, başını aşağı salıb, işini görən Canalı müəllimi qəzetdə çapa verdiyi romanından tanımağa başladıq. Gənclərə xüsusi diqqəti eyni kollektivdə işlədiymiz zaman üzə çıxdı. Hərdən hay-küyümüzdən utananda, yaşlı adamın yanında həddimizi aşdığımızı hiss edib üzrxahlıq edəndə Canalı müəllim gülümsəyib «Gənclikdir, olur. Əsas odur ki, etdiyiniz yaradıcılıq söhbətləridir» deyirdi. Çox hallarda da mövqeyini susmaqla bildirirdi. Son zamanlar isə bu susqunluq adi bir hal idi. Ölümündən iki gün əvvəl yenicə çap olunmuş kitabı münasibətilə onu təbrik etdik. Laqeydliklə, eyni zamanda hörmətlə təşəkkür etsə də, sonda sevinclə bildirdi ki, bir kitabı da çap olunasıdı. Bu, Canalı müəllimlə sonuncu söhbətimiz idi.
   Çox gənc bir şairənin şeirində belə bir misra vardı: «Susanda özüylə dolur adamlar». Canalı müəllim haqda düşünəndə bu misraları xatırlayıram. Canalı müəllim özüylə dolmuşdu. Onun ölüm xəbərini eşidəndə otağa ağır sükut çökdü. Susmaq növbəsi bizim idi. Biz Canalı müəllim haqqında susurduq. Adamlar susanda yalnız özüylə dolmurmuş.
   Allah rəhmət eləsin!    

   “Mədəniyyət”







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar