QƏTLİAMÇI MİLLƏTİN GÜRCÜSTANDA TÖRƏTDİKLƏRİ SOYQIRIM AKTLARI
   
   Tarixi bəlgələrə görə, 1890-1909-cu illərdə Osmanlı ərazisindəki Ərzurum, Kayseri, Yozqat, Çorum və b. yaşayış məskənlərində üsyan edən ermənilərin bir hissəsi öncə Qafqazda təlim aldıqdan və Osmanlıya keçərək fitnə-fəsad, üsyan törətdikdən sonra da geri qaçmış, terror aksiyalarına keçmişlər. (1: s. 52) 
    Daşnakların o zamankı hazırlığını təsəvvür etmək üçün bildirək ki, hələ 1892-ci ildən etibarən milli ordu qurmaq yolunda təcili tədbirlər görən erməni liderləri, artıq 1905-ci ildə, Qafqazdakı ilk açıq silahlı toqquşmalar zamanı 100000 nəfərlik etnik ordu yaratmağa nail olmuşdular (2: s. 18-19). “Ermənilər hələ 1903-cü illərdə Batum limanında bomba partlatmış, bir neçə qatar qəzası, küçə qarışıqlıqları, getdikcə artan soyğunçuluq olayları, daha sonra isə bir neçə siyasi sui-qəsd gerçəkləşdirmişdilər” (3: s. 122-123).
   Ermənilərin 1917-ci ilin dekabrından 1918-ci il mayın ortalarınadək Axalkələk bölgəsinin müsəlmanlarına necə qan uddurması haqda rus hərbi həkimi, memuarçı Xoroşşenko belə yazır: “Keçən il noyabrın sonunda Ağbabalı 8 müsəlman yerlilərdən ot almaq üçün Boqdanovka kəndinə gəldi. Bundan xəbərdar olan Xocabəy kəndinin erməniləri dərhal həmin səkkiz müsəlmanın ətrafını sararaq xəncərlə onların üzərinə hücum etdilər. Dördünü öldürərək gözlərini oydular, dillərini kəsdilər. Nəhayət, cəsədlərə çeşidli işgəncələr yapdıqdan sonra digər dördünü də silahla öldürüb cəsədlərini ağbabalılara təslim etdilər. Xəncərlə öldürdükləri dörd cəsədi də yandırdılar.
   1918-ci ilin yanvarında ermənilər İslam kəndlərinə hücum etməyə başladılar. Əvvəl “Silahlarınızı bizə təhvil versəniz, sizə bir şey etmərik” deyə onları aldatmağa başladılar. Müsəlmanlar ermənilərin bu sözlərinə inanaraq silahlarını təslim etdilər. Ermənilər müsəlmanların silahlarını aldıqdan sonra bu kəndləri yandırıb-dağıtdılar: Tospiyə, Kokiyə, Zərivan, Tonokan, Kulilis, Pankana, Soqoma, Kuvasi, Alovezya və Gümris. Bu kəndlərin üzdə olan bütün qida və əşyalarını götürdülər. Kənd əhalisinin bir hissəsi dərhal öldürülərək, qalan qadın və kişilər əsir kimi Axalkələk qəsəbəsinə aparıldılar... Aclıq və çırkabdan əsir müsəlmanlar arasında tif (bröşnoy) [qarın yatalağı - X.İ.] xəstəliyi peyda oldu. Həkimlərin əsirləri zəruri qidalandırma və təmizliyə şərait yaradılması barədə müraciətini ermənilərin qəbul etməməsi müsəlmanların qırılmasına səbəb oldu. Kimsə bu müsəlmanlara yardım edə bilmədi” (4; 5: s.149-150).
   Abastuman və Borcam bölgələrindəki hadisələr haqda rus zabiti Matoyev 17 aprel 1918-ci il tarixli məruzəsində deyir: “Ermənilər əmrə və qaydalara uymayaraq bir neçə müsəlman kəndini yandırdılar, failləri (suçluları-X.İ.) bulunmadı. Abbastuman və Borcamdan teleqraf və telefon kəsildi. Bir tərəfə çıxmaq olmur. Kəndlər bizdən imdad istəyir, bizdə isə imdad yox” (5: s. 42; 6.).
   Türk müəllifi Veysəl Eroğlu da “Ermeni mezalimi” kitabında (7: s. 200) qeyd edir ki, 1 may 1918-ci ildə Axalkələk çevrəsindəki Asaraça, Danqai, Mulanıç, Morcahit, Padiğna, Havur və Kumrus kəndləri ermənilər tərəfindən yandırılaraq, əhalisi də qılıncdan keçirilmişdir (1: s. 53).
   Qafqaz respublikaları istiqlaliyyət elan etdikdən sonra ermənilər Borçalı, Qori bölgələrini və hətta Tiflisi “Böyük Ermənistan”ın bir hissəsi kimi “gördüklərindən” 1918-ci ilin yay və payızından da Borçalıda məskunlaşmış ermənilər ayağa qalxdılar: buradakı Şulaver erməni kəndindəki silahlı çətələr azərbaycanlılar yaşayan İmir, Saraclı, Yuxarı Saral, Aşağı Saral və Gorarxı kəndlərinə hücum çəkərək bu yaşayış məntəqələrini dağıdıb, talayıb, yandırdılar (8: s. 19).
   Ermənilərin bu cür fəaliyyətlərinin şahidi olan ingilis qəzetçisi Scotland-Lidel 30 yanvar 1919-cu il tarixində Tiflisdə dərc olunmuş məqaləsində tam haqlıydı: “Daşnak üçün öldürülmüş erməni daha əzizdir. Ermənilərin ölüsü qalxıb deyir ki, mən özüm ölməmişəm, məni öldürmüşlər” (9: s. 41).
   Ermənistan-Gürcüstan savaşında ermənilər Tiflisə yaxınlaşmışdılar, bununla belə 1920-ci ilin payızında Kazım Qarabəkir Paşanın daşnakları öz “köhnə” mövqelərinə oturtmaq üçün əks-hücuma keçdiyi zaman ermənilər gürcülərdən yanacaq yardımı istəmişdilər.
   Xoroşşenko sonra qeyd edir ki, 1918-ci ilin rumi təqvimlə 8 (miladi -21) mayında Türk ordusu Karsak kəndinə ayaq basan kimi ermənilər qaçmağa başladılar. Qaçarkən də, əvvəlcə, yəni saat 5-də, əsir alıb düşərgədə saxladıqları müsəlmanları xəncərlə və tüfənglərlə öldürdükdən sonra, ölüləri yığdıqları evlərin damlarını da onların üzərlərinə yıxdılar. Bəzi cəsədləri də çuxurlara atdılar, üstlərinə kirəc tullayıb qaz yağı töküb yandırdılar (4).
   İndi də ermənilərin dezinformasiyası və təbliğatı nəticəsində yaranmış antitürk atmosferinə münasibətdə gerçəkləri Kutais valisi Cuqaşvilidən oxuyaq: “Türklər kəsirlər, öldürürlər” deyə şayiələr çıxır, mən sizə bəyan edirəm ki, bu doğru deyildir.
   Türk hökuməti və türk əsgərləri öz işi ilə məşğul olanlara heç bir şey yapmaz və ilişməz. Mal və mülklərini də mühafizə edərək onlara yardım edər. Əhalinin yerlərinə gəlməsini, sahibsiz qalan evlərdəki əşyasına sahib olmasını və sahibsiz qalan evlərin zay (xarab) olmaqda olduğunu Türk Hökuməti bizə bildirir” (10).
   Son alman taqımı Tiflisdən çəkilən kimi Ermənistan Gürcüstana ərazi iddiası ilə savaşa başladı.
    Gürcüstanın “Versiya” qəzetində dərc olunan məqaləyə və 1918-ci ildə Qafqaz bölgəsində olan alman qüvvələrinin baş komandanı baron Kress Kresenstaynın “Mənim Qafqaz missiyam” adlı kitabındakı xatirələrinə əsasən isə məlum olur ki, 1918-ci ilin dekabrında ermənilər Borçalıdakı Yekaterinfil kəndi (indiki Bolnisi) ərazisində 400-dək dinc alman əhalini də səbəbsizcə öldürmüş və kəndin qırağında bir quyuya basdıraraq gömmüşlər (11).
   
   BORÇALI DALĞASI
   
   Epiqraf əvəzi:
   1918-ci il mayın 26-da - Gürcüstan öz istiqlalını elan etdiyi gün Gürcü Milli Şurasının yeni başçısı Noe Jordania demişdi: “Biz bir millətin dərdinə acıyırıq. Bu, erməni millətidir, hansı ki, müstəqil dövlətini yaratması üçün öz müstəqil ərazisi yoxdur.” O çağlarda Gürcüstanda yayınlanan “Qruziya” qəzetində çıxış edən bir müəllif isə bu məsələ barədə daha sərt yazırdı: “Azərbaycan, Gürcüstan kimi, Ermənistanın da öz müstəqil ərazisi olsaydı, dövlət işləri ilə asanca uğraşmaq olardı. İndi Ermənistan yaratmaq üçün qonşuların ətindən, canından parçalar qoparmaq lazım gəlir... ”
   Saxta “beynəlmiləlçilik” xofu altında Zəngəzur kimi, Borçalını da parçalayıb yarısını Ermənistana qatdılar. Hələ 1763-cü ildə yunanların köməyi ilə əsası qoyulan Gümüşxana, Allahverdi, eləcə də Şamlıq, Ağtala, Tambulat qızıl-gümüş yataqları, barlı-bərəkətli torpaqlar, qəlbi dağlar, lilpar bulaqlar... zorən Ermənistana verildi...
   İndiyə gəldikdə isə Loru-Borçalının güney yarısı öz dosdoğma yurddaşlarından uralanıb... (1: s. 22).
   Borçalı - Azərbaycan türklərinin yığcam yaşadığı qədim tarixi mahallardan biridir. “Borçalı” sözü ən böyük türk tayfalarından birinin adı olmuşdur. Bunu Gürcü Sovet Ensiklopediyası da etiraf edir. Lakin orada bu ad e.ə.I minillik əvəzinə, X/II əsrə aid edilir. Borçalı tarixən Azərbaycan dövlətlərinin tərkibində olub. 18-ci əsrin əvvəlində Səfəvi dövlətinin Gəncə bəylərbəyliyinə aid idi. Bəylərbəyi Ziyadoğlunun 1736-cı ildə Nadirin Muğanda şah elan edilməsinə qarşı çıxması səbəbilə Nadir şah (1736-47) Borçalı və Qazax mahallarını Gəncə bəylərbəyliyindən alıb Kartli - Kaxeti çarlığına peşkəş etdi. Nadir şah öləndən sonra Borçalıda özgür sultanlıq yarandı. (2: s.100-101). Çar I Aleksandr 1801-ci il 12 sentyabr tarixli manifest imzalayaraq Şərqi Gürcüstanı Rusiyaya qatdıqdan sonra Borçalı mahalı da Borçalı distansiyası adı ilə həmin tərkibə qatıldı. Borçalı distansiyasının ərazisi 8 min kv.verst (1 verst = 1,0668 km) təşkil edirdi. Borçalının Rusiyaya ilhaqından 31 il ötdükdən sonra da, buraya xeyli sayda türk olmayan əhalinin köçürülməsinə baxmayaraq, yenə də türklər üstün (61,6%) idilər. Köçürülmə nəticəsində ermənilər 26,4%, yunanlar 5,6%, gürcülər 4,86%, almanlar 2,27% “xüsusi çəki»yə sahib idilər. Azərbaycan Xalq Cümhuriyyəti XİN-in əməkdaşı A. Şepotyev qeyd edirdi ki, bu nisbəti dana bilməyən I Nikolay dövründə (1825-55) bu vilayət ayrıca “tatar distansiyası” təşkil edirdi, ancaq sonralar strateji mülahizələrə söykənən çar hökuməti Borçalını Tiflis quberniyasına birləşdirmişdi. 1880 - ci il mayın 6 - da yaranan Borçalı qəzası isə Borçalı (Şüləver), Yekaterinenfeld, Lori (Cəlaloğlu) və Trialet (Başkeçid) polis sahələrini əhatə edirdi. Qədim Borçalı torpaqları olan Qarayazı və Qaraçöp elləri isə Tiflis qəzası tərkibinə verildi.
   1917-ci il Qafqaz təqviminə görə, Borçalı qəzasının hüdudları 6036,96 kv. verst idi, yaxud Rusiyaya birləşdirilən zamankı 8 min kv. verstdən 1963,0 verst az idi, əhalisi isə 169351 nəfər, o cümlədən 30,3% müsəlmanlardan ibarətdi. Borçalının mərkəzi hissəsində azərbaycanlılar 93%, Qarayazıda isə 88,8% təşkil edirdi. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan edildikdən sonra Borçalı əhalisi Azərbaycana birləşmək haqda məsələ qaldırdı. AXC Borçalı qəzasının Borçalı və Yekaterinenfeld polis sahələrini tamamilə, Lori və Trialetin isə bir qismini öz ərazisi saydığını bildirdi. Etnik-strateji və iqtisadi mülahizələrə görə çox əhəmiyyətli sayılan bu bölgədən Qazax - Qars - Batum dəmiryolu inşa etməklə Azərbaycan Qara dənizə çıxışını gerçəkləşdirmək niyyətindəydi. Ancaq ötən bölümlərdəki qeydlərimizdən də məlum olduğu kimi, o dövrdə Rusiya Ermənistanı dəstəklədiyi kimi, Almaniya da Gürcüstanı dəstəkləyirdi və almanların hərbi birləşmələri general fon Kressin komandanlığı altında Tiflis və onun yaxın çevrəsində qərar tutmuşdu. Bu imkandan istifadə edən gürcü hökumətinin sifarişi ilə alman qoşunları Borçalını tutdu, nəticədə bölgə Gürcüstan hökumətinə tabe edildi.
   Bütün bunlara rəğmən Borçalı azərbaycanlıları yenə etiraz edərək Azərbaycana birləşməkdən vaz keçmədiklərini bildirirdi. Bundan sonra almanlar, onların ardınca da türklər Cənubi Qafqazı tərk etdilər. Borçalı isə Gürcüstan Respublikasının yurizdiksiyasında qaldı (3: s. 261). Ermənilər özləri üçün bu şəraiti fürsət hesab edərək Aleksandrpol (Gümrü) qəzasını tutaraq Borçalının hüdudlarına qədər hərəkət etdilər. Azərbaycanın bu tarixi torpağını ələ keçirmək üçün daha sonra Ermənistan Gürcüstana müharibə elan etdi. Ümumən isə müharibənin zəminində Ermənistanın Axalkələk və Borçalı qəzalarına qarşı sürdüyü əsassız ərazi iddiaları dururdu.
   1918-ci il oktyabr-noyabr aylarında tərəflər arasında qarşılıqlı ittihamlar kəskin şəkil aldıqdan sonra ermənilər Axalkələk və Borçalıda təxribat və silahlı toqquşmalar törətdilər. Bunun ardınca Ermənistan Axalkələyə süvari eskadron, Borçalıya isə 4-cü erməni polk hissələrini göndərdi və dekabrın 9-da hərbi əməliyyatlara start verdi. Ermənistanın Gürcüstana verdiyi notada bildirilirdi ki, gürcülər Borçalı, Axalkələk qəzalarını, bundan başqa Tiflis də daxil olmaqla Tiflis qəzasının bir hissəsini Ermənistana verməlidir (!-X.İ.). Dekabrın 18-31-də baş verən həmin müharibə Azərbaycanın bu tarixi bölgəsinə böyük ziyan vurdu. Nəhayət, İngiltərənin müdaxiləsilə dekabrın 31-də ermənilər döyüşləri dayandırdı və qarşı tərəf də barışa qoşulduğunu bildirdi.
   1919-cu il yanvarın 9-17-də Tiflisdə Ermənistan-Gürcüstan sülh konfransı keçirildi. Qərara əsasən Borçalının şimal hissəsi Gürcüstana, cənub hissəsi isə Ermənistana verildi. Alaverdi (Allahverdi - X.İ.) mis mədənlərinin olduğu orta hissə - Lori (Cəlaloğlu da buraya daxildir - X.İ.) isə „neytral zona” elan edilərək, orada ingilis general-qubernatorluğu yaradıldı (3: s. 317).
   1920-ci ilin sentyabrında işğalçı Ermənistana qarşı hərbi əməliyyatlara başlayan türk ordusu Gümrünü, Qarakilsəni tutaraq Lori neytral zonasına yaxınlaşdı. Ermənistan-Gürcüstan arasında bağlanmış 13 noyabr tarixli sazişə əsasən gürcülər Lori neytral zonasına daxil oldular. 29 noyabrda isə Ermənistanın bolşevikləşməsindən istifadə edən ermənilər Lorini ələ keçirmək planı hazırlamışdılar.
   1921-ci il fevralın 11- dən 12-nə keçən gecə Loridə ermənilərin qiyamı təşkil edildi və gürcü qoşunları Borçalıdan çıxarıldı. XI Qırmızı Ordunun müdaxiləsilə Gürcüstanda sovet hökuməti quruldu. Rusiya K(b)P MK Qafqaz bürosunun 1921 il 7 noyabr tarixli qərarı ilə Lori bütünlüklə Ermənistana verildi.
    1929-cu ildə Borçalı qəzası da ləğv edildi: Borçalı (1950-ci ildən Marneuli), Lüksemburq (Bolnisi), Beşkeçid (Dmanisi) rayonları yaradıldı (3: s. 261-262).
   
   (ardı gələn sayımızda)
   
   Xaqani İSMAYIL, tədqiqatçı