Azərbaycan
   
   9 aprel 1126 - Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Əfzələddin Xaqani (1126-1199) Şamaxıda anadan olub. 17 min beytlik divanın, Azərbaycan ədəbiyyatında ilk poemanın («Töhfətül-İraqeyn»), «Mədain xərabələri» qəsidəsinin, bədii nəsr nümunələrinin müəllifidir.
   12 aprel 1889 - Xalq artisti, məşhur xanəndə Seyid Şuşinski (1889-1965) anadan olub. 1930-1960-cı illərdə Dövlət Filarmoniyasının solisti olub, pedaqoji fəaliyyət göstərib.
   12 aprel 1903 - Azərbaycan mətbuatının, ictimai-siyasi fikrinin inkişafında mühüm rol oynamış «Şərqi-Rus» qəzeti Tiflisdə nəşrə başlayıb. Şərqşünas-alim, ictimai xadim (II Rusiya Dumasının deputatı) Məmmədağa Şahtaxtinskinin redaktoru olduğu qəzet tanınmış yazarları ətrafında birləşdirmişdi. Məhəmmədəmin Rəsulzadənin ilk mətbu yazısı da burada dərc olunub.
   12 aprel 1907 - Tanınmış folklorşünas-alim, dramaturq Məmmədhüseyn Təhmasib (1907-1982) anadan olub. "Kitabi Dədə Qorqud" eposunun, Azərbaycan dastanlarının, nağılların toplanması və tədqiqində mühüm xidmətlər göstərib. Ssenariləri əsasında "Bir qalanın sirri", "Onu bağışlamaq olarmı?" filmləri çəkilib.
   12 aprel 1928 - Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, kinossenarist İsa Hüseynov (Muğanna) anadan olub.
   12 aprel 1955 - Xalq artisti, tanınmış aktyor Fəxrəddin Manafov anadan olub.
   13 aprel 1918 - Əməkdar incəsənət xadimi, kinooperator, rejissor Arif Nərimanbəyov (1918-1992) anadan olub.
   
   Dünya
   
   9 aprel 1821 - Məşhur Fransa şairi Şarl-Pyer Bodler (1821-1867) anadan olub.
   9 aprel 1906 - Tanınmış amerikalı dirijor Antal Doratinin (1906-1988) doğum günüdür.
   9 aprel 1925 - Məşhur rusiyalı heykəltəraş, qrafik-rəssam Ernst Neizvestnı anadan olub.
   9 aprel 1933 - Dünya şöhrətli fransız aktyoru Jan Pol Belmando anadan olub.
   10 aprel 1932 - Tanınmış Amerika aktyoru (əslən Misirdəndir) Ömər Şərif anadan olub.
   10 aprel 1951 - Məşhur amerikalı kinoaktyor Stiven Siqal anadan olub.
   11 aprel 1888 - İtalyan kinosunun ulduzlarından olmuş Françeska Bertini (əsl adı - Yelena Seraçini Vitello, 1888-1985) anadan olub.
   11 aprel 1914 - Kanada kinorejissoru və rəssamı, multiplikasiyanının banilərindən biri olmuş Norman MakLarenin (1914-1987) doğum günüdür.
   12 aprel 1823 - Görkəmli rus dramaturqu Aleksandr Nikolayeviç Ostrovski (1823-1886) anadan olub.
   12 aprel 1933 - Dünya şöhrətli ispan opera müğənnisi Monserrat Kabalyenin doğum günüdür.
   12 aprel 1956 - Kuba əsilli məşhur Amerika kinoaktyoru Endi Qarsia anadan olub.
   13 aprel 1883 - Məşhur bəstəkar və dirijor, keçmiş SSRİ-nin (və indiki Rusiya Federasiyasının) dövlət himninin müəllifi Aleksandr Aleksandrov (1883-1946) anadan olub.
   13 aprel 1906 - Görkəmli ingilis yazıçısı və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Semuel Bekket (1906-1989) anadan olub.