Azərbaycan
   
   23 aprel 1865 - Görkəmli hərbi xadim, artilleriya general-leytenantı Əliağa Şıxlinski (1865-1943) Qazax qəzasının Qazaxlı kəndində anadan olub. 1904-1905-ci illər rus-yapon müharibəsində məşhurluq qazanıb. I Dünya müharibəsində Rusiyanın 10-cu ordu komandanı olub. 1918-ci ildə Bakıya qayıdaraq Azərbaycan Xalq Cümhuriyyəti müdafiə nazirinin (general S.Mehmandarov) müavini işləyib. Sovet dövründə Bakı Hərbi Komanda Məktəbinin rəis müavini olub.
   
   24 aprel 1938 - Xalq artisti Həsənağa Turabov (1938-2003) anadan olubr. 1960-cı ildən ömrünün sonuna qədər Azərbaycan Dram Teatrında çalışıb, 1987-2001-ci illərdə teatra rəhbərlik edib. Bir çox filmlərdə (“Yeddi oğul istərəm”, “Babək”, “Qəm pəncərəsi” və s.) unudulmaz obrazlar yaradıb, rejissor kimi “Qaçaq Nəbi” filmini çəkib.
   
   25 aprel 1997 - Azərbaycan Avropa Mədəniyyət Konvensiyasına qoşulub.
   
   26 aprel 1908 - Görkəmli yazıçı, ədəbiyyatşünas-alim Mir Cəlal Paşayev (1908-1978) anadan olub. Kiçik yaşlarında ailəsilə Gəncəyə köçüb. Gəncə Müəllimlər İnstitutunu, Kazan Şərq Pedaqoji İnstitutunu bitirib, Azərbaycan Dövlət Universitetinin professoru olub. “Bir gəncin manifesti” romanının, povest və hekayələrin müəllifidir.
   
   27 aprel 2007 - SSRİ Xalq artisti Mstislav Rostropoviç (1927 -2007) vəfat edib.
   
   
   Dünya
   
   23 aprel 1564 - Dünya şöhrətli ingilis yazıçısı Vilyam Şekspirin (1564-1616) doğum günüdür.
   
   23 aprel 1891 - Məşhur rus bəstəkarı Sergey Prokofyev (1891-1953) anadan olub.
   
   23 aprel 1918 - Tanınmış rus aktyoru Georgi Vitsin (1918-2001) anadan olub.
   
   23 aprel 1918 - Məşhur fransız yazıçısı Moris Dryun (1918-2009) anadan olub.
   
   23 aprel 1616 - Dünya şöhrətli ispan yazıçısı Migel de Servantes Saavedra (1547-1616) vəfat edib.
   
   24 aprel 1942 - Tanınmış Amerika müğənnisi və aktrisası Barbra Streynzand anadan olub.
   
   24 aprel 2005 - Məşhur Rusiya yazıçısı Arkadi Vayner (13.04.1931- 2005) vəfat edib.
   
   25 aprel 1840 - Görkəmli rus bəstəkarı və dirijoru Pyotr İliç Çaykovski (1840-1893) anadan olub.
   
   25 aprel 1940 - Məşhur Amerika aktyoru Al Paçino anadan olub.
   
   26 aprel 1905 - Tanınmış fransız kinorejissoru Jan Viqo (1905-1934) anadan olub.
   
   26 aprel 1991 - Məşhur Amerika bəstəkarı Karmino Koppola (1910-1991) vəfat edib.
   
   27 aprel 1927 - Tanınmış rus aktyoru Yevgeni Morqunov (1927-1999) anadan olub.