28 aprel 1848 - Danimarka bəstəkarı Lüdviq Şitte (1848-1909) anadan olub.
   
   28 aprel 1902 - Tanınmış Norveç yazıçısı və dramaturqu Yohan Borgen (1902-1979) anadan olub.
   
   28 aprel 1923 - Məşhur rus-sovet şairi Harold Registan (1923-1999) anadan olub.
   
   28 aprel 1924 - Sovet kinosunun görkəmli simalarından olan məşhur Litva aktyoru Donatas Banionisin doğum günüdür.
   
   28 aprel 1941 - İsveç mənşəli Amerika aktirası və müğənni Gnn-Marqaret (Ollson) anadan olub.
   
   28 aprel 1952 - Tanınmış Amerika aktrisası Meri Makdonnel anadan olub.
   
   29 aprel - Dünyada Beynəlxalq Rəqs Günü (International Dance Day) kimi qeyd olunur. 1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən tanınmış fransız baletmeysteri, müasir dünya baletinin nəzəriyyəçisi sayılan Jan-Jorje Noverin xatirəsinə (doğum gününə) təsis edilib.
   
   29 aprel 1842 - Avstriya bəstəkarı, Vyana klassik operettasının banisi Karl Milleker (1842-1899) anadan olub.
   
   29 aprel 1899 - Məşhur Amerika caz ifaçısı, bəstəkar və dirijor Dük Ellinqton (1899-1974) anadan olub.
   
   29 aprel 1907 - Avstriya mənşəli Amerika kinorejissoru Fred Sinneman (1907-1997) anadan olub.
   
   29 aprel 1930 - Tanınmış fransız kinoaktyoru Jan Roşforun doğum günüdür.
   
   29 aprel 1931 - Sovet İttifaqında (Moskva) ilk televiziya yayımı sınaqdan keçirilib. Moskva televiziyası ilə ilk verilişlər 1935-ci ildən yayımlara başlansa da, 2-ci Dünya müharibəsi bu işləri yarımçıq qoyub. Televiziya verilişlərinin yayımı 1945-ci ildə bərpa olunub. Azərbaycanda televiziya (Bakı studiyası) 1956-cı ildə fəaliyyətə başlayıb.
   
   29 aprel 1957 - Hollivud ulduzlarından olan kinoaktrisa Mişel Pfayffer anadan olub.
   
   29 aprel 1980 - Dünya kinosunun görkəmli simalarından biri, Amerika rejissoru, dəfələrlə «Oskar» mükafatı laureatı Alfred Hiçkok vəfat edib.
   
   29 aprel 1974 - Məşhur ispan kinoaktrisası, «Oskar» mükafatı (2009) laureatı Penelopa Krusun doğum günüdür.