Azərbaycan
   
   28 may 1947 - Görkəmli bəstəkar, Xalq artisti Firəngiz Əlizadə anadan olub.
   28 may 1950 - Nasir, tərcüməçi Akif Nurağa oğlu Abbasov (Akif Nurağaoğlu) anadan olub.
   29 may 1929 - Xalq artisti, tanınmış kamança ustası Habil Əliyev anadan olub. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti olub, muğamların, xalq mahnıları və təsniflərin, bəstəkar əsərlərinin mahir ifaçısı kimi şöhrət qazanıb.
   30 may 1862 - Böyük satirik şair, maarifçi və mütəfəkkir Mirzə Ələkbər Sabir (1862-1911) Şamaxıda anadan olub. “Molla Nəsrəddin" jurnalında fəaliyyəti Sabirin yaradıcılığının ən yetkin, məhsuldar dövrüdür. Ölümündən sonra (1912) şeirləri «Hophopnamə» adı ilə nəşr olunub.
   30 may 1930 - Şair, publisist Fikrət Sadıq Şamaxı şəhərində anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin, sənədli filmlərin ssenarilərinin müəllifidir.
   31 may 1568 - Klassik Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair Qövsi Təbrizi (1568-1640) anadan olub. Füzuli ədəbi məktəbinin davamçısı kimi Azərbaycan şeirinin inkişafında mühüm rol oynayıb. Divanının iki qədim nüsxəsi London və Tbilisi muzeylərində saxlanılır.
   31 may 1922 - Xalq artisti Sara Qədimova (1922-2005) anadan olub. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasının, Opera və Balet Teatrının solisti olub, Azərbaycan musiqisinin xaricdə təbliğinə böyük töhfə verib.
   1 iyun 1920 - Azərbaycanda teatrların milliləşdirilməsi haqqında dekret verilib. Azərbaycan Dövlət Teatrı yaradılıb.
   
   Dünya
   
   28 may 1740 - Görkəmli rus heykəltəraşı Fedot İvanoviç Şubin (1740-1805) anadan olub.
   28 may 1904 - Tanınmış gürcü bəstəkarı Şalva Mşvelidze (1904-1984) anadan olub.
   28 may 1908 - İngilis yazıçısı, Ceyms Bond haqqında romanların müəllifi Yan Lankaster Fleminqin (Ian Lancaster Fleming, 1908-1964) doğum günüdür.
   29 may 1489 - Böyük türk memarı Sinaneddin Yusif-Əbdülmannan oğlu Sinan (Memar Sinan, 1489-1588) anadan olub.
   29 may 1830 - Fransız yazıçısı Luiza Mişel (Louise Michel, 1830-1905) anadan olub.
   29 may 1953 - Tanınmış rus aktyoru Aleksandr Abdulovun (1953-2008) doğum günüdür.
   30 may 1937 - Məşhur rus aktyoru, komediya filmlərinin («Qafqaz əsiri», «I əməliyyatı»nda Şurik rolu) Aleksandr Demyanenko (1937-1999) anadan olub.
   30 may 1778 - Böyük fransız yazıçısı və mütəfəkkiri Volter (əsl adı Fransua-Mari Arue, 1694-1778) vəfat edib.
   30 may 1960 - Rus şairi, Nobel mükafatı (1958) laureatı (1890-1960) Boris Pasternak vəfat edib.
   31 may 1887 - Fransız şairi, Nobel mükafatı (1960) laureatı Sen-Jon Pers (Saint-John Perse, 1887-1975) anadan olub.
   31 may 1899 - Rus yazıçısı Leonid Leonov (1899-1994) anadan olub.
   31 may 1930 - Amerika aktyoru və kinorejissoru Klint İstvudun (Clint Eastwood) doğum günüdür.
   31 may 1809 - Görkəmli Avstriya bəstəkarı Frans Yozef Haydn (Franz Joseph Haydn, 1732-1809) vəfat edib.
   1 iyun - Beynəlxalq Uşaqları Müdafiə Günüdür. 1949-cu ildə Beynəlxalq Demokratik Qadınlar Federasiyasının Parisdə keçirilən konqresində təsis olunub. 1950-ci ildən qeyd olunur.
   1 iyun 1804 - Rus bəstəkarı Mixail Qlinka (1804-1857) anadan olub.
   1 iyun 1926 - Dünya şöhrətli Amerika aktrisası, müğənni Merilin Monro (əsl adı Norma Cin Mortenson, Marilyn Monroe - Norma Jean Mortenson) (1926-1962) anadan olub.
   1 iyun 1929 - Məşhur hind aktrisası Nərgiz (əsl adı Fatimə Rəşid, 1929-1981) anadan olub.