Azərbaycan
   
   1 sentyabr 1900 - Məşhur sirk pəhləvanı, peşəkar güləşçi Rəşid Əliməmməd oğlu Yusifov (1900-1982) anadan olub.
   1 sentyabr 1919 - Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkədə ilk ali təhsil müəssisəsinin - Bakı Dövlət Universitetinin yaradılması barədə qanun qəbul edib. Parlament həmçinin hökumətin təklifinə əsasən, 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qərar qəbul etmişdi.
   1 sentyabr 1920 - Bakıda Şərq Xalqlarının I Qurultayı keçirilib.
   1 sentyabr 1920 - Tarixçi, yazıçı Mahmud Əliabbas oğlu İsmayılov (1920-2002) anadan olub.
   1 sentyabr 1924 - Bakı milyonçusu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev (10.1.1838-1924) vəfat edib. Tagıyevin adı Azərbaycan tarixinə xalqının maariflənməsi, mədəni inkişafı üçün gördüyü nəcib işlərlə həkk olunub. Bakıda ilk teatr binası, Cənubi Qafqazda müsəlman qızlar üçün ilk məktəb, bu gün Azərbaycan paytaxtının arxitekturasına yaraşıq verən onlarla tikili onun adı ilə bağlıdır. XX əsrin əvvəlində Bakıda bir çox xeyriyyə təşkilatları onun köməyi sayəsində fəaliyyət göstərib. Dövrün tanınmış ziyalıları, Xalq Cümhuriyyətinin qurucuları Tağıyevin köməyi ilə Rusiyada, Avropada təhsil almışdı.
   1 sentyabr 1930 - Nasir, dramaturq, şair Əli Qafur oğlu Səmədli anadan olub.
   1 sentyabr 1930 - Yazıçı-dramaturq Oqtay Məmmədhəsən oğlu Salamzadə anadan olub.
   1 sentyabr 1949 - Azərbaycan SSR-də icbari 7-illik təhsilə keçid başlayıb. Sovet hökuməti bu barədə qərarı hələ 30-cu illərdə versə də, müharibə (1941-1945) və sonrakı ağır sosial-iqtisadi vəziyyət bu qərarı ləngitmişdi. 1959-cu ildə icbari 8-illik təhsilə (natamam orta təhsil), 1966-cı ildə isə icbari 10-illik təhsilə (tam orta təhsil) keçid təmin olundu.
   
   2 sentyabr 1909 - Nasir, dramaturq Şahvələd Rza Nəbi oğlu (1909-2.7.1984) anadan olub.
   2 sentyabr 1954 - Bakıda Televiziya Mərkəzinin təməli qoyulub. Bakı Televiziyası 1956-cı il fevralın 14-də fəaliyyətə başladı.
   
   Dünya
   
   1 sentyabr 1854 - Alman bəstəkarı və dirijoru Engelbert Humperdink (Engelbert Humperdinck, 1854-1921) anadan olub.
   1 sentyabr 1875 - Məşhur Amerika yazıçısı (Tarzan haqqında romanların müəllifi) Edqar Berrouz (1875-1950) anadan olub.
   1 sentyabr 1922 - İtalyan aktyoru Vittorio Qassmanın (Vittorio Gassman) (1922-2000) doğum günüdür.
   1 sentyabr 1957 - Kuba əsilli Amerika müğənnisi Qloriya Estefan (Gloria Estefan - Gloria Maria Milagrosa Fajardo) anadan olub.
   1 sentyabr 1970 - Fransız yazıçısı və şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1952) laureatı Fransua Moriak (François Mauriac, 1885-1970) vəfat edib.
   
   2 sentyabr 1852 - Fransız yazıçısı Pol Burje (Paul Charles Joseph Bourget, 1852-1935) anadan olub.
   2 sentyabr 1909 - Rusiya kinorejissoru İlya Abramoviç Frez (1909-1994) anadan olub.
   2 sentyabr 1926 - Görkəmli rus aktyoru Yevgeni Leonovun (1926-1994) doğum günüdür.
   2 sentyabr 1935 - Rus aktyoru Valentin Qaft anadan olub.
   2 sentyabr 1964 - Amerika kinoaktyoru Kianu Rivz (Keanu Charles Reeves) anadan olub.