Azərbaycan
   
   27 oktyabr 1932 - Bəstəkar, Azərbaycan musiqi tarixində ilk romansların müəllifi Asəf Zeynallı (5.4.1909-1932) vəfat edib. Teatr tamaşalarına musiqi bəstələyib, "Uşaq süitası" əsəri ilə Azərbaycanda uşaq musiqisi repertuarının əsasını qoyub, bir sıra xalq mahnılarını nota alıb.
   27 oktyabr 1939 - Ssenarist, Əməkdar incəsənət xadimi Alla Axundova Moskvada anadan olub. “Şərikli çörək” (1969), “Alma almaya bənzər” (1975) və s. filmlərin ssenari müəllifidir.
   27 oktyabr 1993 - Erməni silahlı qüvvələrinin genişmiqyaslı hücumu nəticəsində Füzuli rayonunun Horadiz qəsəbəsi və Arazboyu kəndləri - Azərbaycan-İran sərhədinin 40 km-i işğal olunub. Cəbrayıl rayonunun Arazboyu kəndləri və Zəngilan rayonu erməni işğalçı qüvvələrinin mühasirəsinə düşüb. İki gün sonra Zəngilan rayonu da işğal olunub.
   
   28 oktyabr 1911 - XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, dramaturq, ictimai xadim, akademik Mirzə Əjdər oğlu İbrahimov (28.10.1911 - 17.12.1993) Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olub. 1918-ci ildə ailəsi ilə Bakıya gəlib. «Gələcək gün», «Böyük dayaq» romanlarının, povest və hekayələrin, “Həyat”, “Kəndçi qızı” və s. pyeslərin müəllifidir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958), SSRİ-nin Asiya və Afrika xalqları ilə Həmrəylik Komitəsinin sədri olub, uzun illər Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik edib.
   28 oktyabr 1946 - Kulturoloq, tarix elmləri doktoru, professor Fuad Teyyub oglu Məmmədov Bakıda anadan olub. “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidentidir.
   
   Dünya
   
   27 oktyabr 1449 - Böyük türk (özbək) mütəfəkkiri, astronom və riyaziyyatçı, dövlət xadimi Məhəmməd Tarağay Uluqbəy (22.3.1394 - 1449) vəfat edib. Əmir Teymurun nəvəsidir, atası Şahruxun ölümündən sonra Teymurilər dövlətinin başçısı olub. Uluqbəy rəsədxanasında tərtib edilən ulduz kataloqu uzun müddət dünyada ən mükəmməl astronomiya kataloqu olub. Uluqbəy özbək dilində şeirlər də yazıb.
   27 oktyabr 1882 - İtalyan bəstəkarı, məşhur skripkaçı Nikkolo Paqanini (Niccolo Paganini, 1882 - 27.5.1840) anadan olub.
   27 oktyabr 1886 - Yəhudi əsilli Rusiya rəssamı, modernizm və avanqard cərəyanın nümayəndəsi Robert Falk (1886-1958) anadan olub.
   27 oktyabr 1883 - Litva ədəbiyyatında romantizmin görkəmli nümayəndəsi, şair və dramaturq Mikolas Vaytkus (Mykolas Vaitkus, 1883-1973) anadan olub. 1994-cü ildən mühacirətdə (əsasən ABŞ-da) yaşayıb.
   27 oktyabr 1899 - Rus-sovet aktyoru, SSRİ-nin Xalq artisti Mixail İvanoviç Jarov (1899-1949) anadan olub. 1926-1929-cu illərdə Bakı İşçi Teatrında (indiki Rus Dram Teatrı) çalışıb.
   27 oktyabr 1944 - Məşhur rus aktyoru Nikolay Petroviç Karaçensovun doğum günüdür.
   27 oktyabr 1952 - Yapon əsilli Amerika filosofu və yazıçısı Frensis Fukuyama (Yoshihiro Francis Fukuyama) anadan olub.
   27 oktyabr 1978 - Dünya şöhrətli Çin skripkaçısı, bəstəkar Vanessa Mey (Vanessa-Mae Vanakorn Nicholson) anadan olub.
   
   28 oktyabr 1818 - Görkəmli rus yazıçısı İvan Sergeyeviç Turgenev (28.10 (yeni təqvimlə 9.11) 1818 - 22.8 (3.9.) 1883) anadan olub. “Atalar və oğullar”, “Ərəfə”, digər romanları, povest və hekayələri ilə şöhrət tapıb.
   28 oktyabr 1903 - İngilis yazıçısı İvlin Vo (Evelyn Arthur St. John Waugh, 1903-1966) anadan olub.
   28 oktyabr 1936 - Məşhur ukraynalı teatr rejissoru, Ukrayna və Rusiyanın Xalq artisti Roman Vityuk anadan olub.
   28 oktyabr 1955 - Kompyuter dünyasının dahilərindən biri, amerikalı milyarder, “Microsoft” şirkətinin qurucusu Bill Qeytsin (Bill Gates - William Henry Gates) doğum günüdür.
   28 oktyabr 1957 - Məşhur türkiyəli (kürd əsilli) müğənni Əhmət Qaya (28.10.1957, Malatya - 16.11.2000, Paris) anadan olub.
   28 oktyabr 1967 - Dünya şöhrətli Amerika kinoaktrisası, “Oskar” laureatı (“Erin Brokoviç”, 2000) Culiya Roberts (Julia Roberts) anadan olub.