Azərbaycan
   
   3 noyabr 1983 - Görkəmli aktyor, Xalq artisti Əliağa İsmayıl oğlu Ağayev (22. 3. 1913 - 3. 11. 1983) vəfat edib. 1936-cı ildə Gənc Tamaşaçılar Teatrının (Fəhlə Uşaq Teatrı idi) kollektivində fəaliyyətə başlayıb. 1961-ci ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında çalışıb.
   3 noyabr 1965 - Azərbaycanın Milli Qəhrəmanı Yuri Petroviç Kovalyov (1965-1991) anadan olub.
   3 noyabr 1974 - Milli Qəhrəman Aqil Hüseyn oğlu Musayevin (1974-1994) doğum günüdür.
   
   4 noyabr 1954 - Aktyor Fərman Abdullayev (Şəkili) anadan olub.
   
   Dünya
   
   3 noyabr 1797 - Rus yazıçısı Aleksandr Bestujev-Marlinski (1797-1837) anadan olub. Dekabristlər üsyanında (1925) iştiraka görə Qafqaza sürgün olunub. Azərbaycanda olub, böyük yazıçı-dramaturq Mirzə Fətəli Axundovla dostluq edib. Azərbaycan dilini öyrənib, M.F.Axundovun A.S.Puşkinin ölümünə həsr etdiyi “Şərq poeması”nı ruscaya tərcümə edib. Bestujev-Marlinski “Molla Nur” povestində Azərbaycandan, xalq qəhrəmanı Molla Nurun həyatından bəhs edir.
   3 noyabr 1801 - İtalyan bəstəkarı Vinçenso Bellini (Vincenzo Salvatore Carmelo Francesco Bellini, 1801-1835) anadan olub.
   3 noyabr 1801 - Alman naşiri, ilk dəfə dünya ölkələri üzrə səyahət kitabları çap edən nəşriyyatın qurucusu (1827, Koblens) Karl Bedekerin (Baedeker, 1801-1859) doğum günüdür.
   3 noyabr 1869 - Məşhur rus şərqşünası, akademik Vasili Vladimiroviç Bartold (03.11.1869-19.08.1930) anadan olub. İslam dini tarixinə dair əsərlərin müəllifidir. “Kitabi Dədə Qorqud” dastanını rus dilinə tərcümə edib. 1924-cü ildə Azərbaycan Dövlət Universitetində “Türk-tatar xalqları tarixi” kursundan mühazirələr oxuyub.
   3 noyabr 1871 - Alman yazıçısı və şairi, mistik əsərlər müəllifi Hans Heyns Evres (1871-1943) anadan olub.
   3 noyabr 1887 - Rus şairi Samuil Marşak anadan olub.
   3 noyabr 1901 - Fransız yazıçısı, kulturoloq, uzun müddət Fransanın mədəniyyət naziri işləmiş Andre Malronun (Andre Malraux, 1901-1976) doğum günüdür.
   3 noyabr 1924 - Rus-sovet dramaturqu, nasir və ssenarist Leonid Zorin Bakıda anadan olub.
   3 noyabr 1927 - Polşa aktyoru, ölkəsinin “Milli qəhrəmanı” adına layiq görülmüş Zbiqnev Sıbulski (Zbigniew Cybulski, 1927-1967) anadan olub.
   3 noyabr 1931 - İtalyan aktrisası Monika Vitti (əsl adı Maria Louisa Ceciarelli) anadan olub.
   
   4 noyabr 1575 - Görkəmli italyan rəssamı Qvido Reni (Guido Reni, 1575-1642) anadan olub.
   4 noyabr 1896 - Rus-sovet şairi Nikolay Tixonovun (1896-1979) doğum günüdür.
   4 noyabr 1923 - Alman yazıçısı Barbara Bartos-Höpner (Barbara Bartos-Höppner, 1923-2006) anadan olub.
   4 noyabr 1928 - Türkiyə Cümhuriyyətində ərəb əlifbasından latın qrafikalı əlifbaya keçid barədə qərar verilib. Bir il sonra SSRİ-də Azərbaycan, ardınca isə Mərkəzi Asiyanın türk respublikaları da latın qrafikalı əlifbaya keçməyə qərar verdilər. Lakin SSRİ-nin türkdilli respublikalarının Türkiyə ilə həmrəyliyi Stalini qane edə bilməzdi. 1939-cu ildə Moskva bu respublikaları kiril əlifbasına keçməyə məcbur etdi. 1940-cı ilin yanvarından Azərbaycan kiril əlifbasına keçdi.
   4 noyabr 1946 - BMT-nin təhsil, elm və mədəniyyət təşkilatının - UNESCO-nun (United Nations Educational, Scientific and Cultural Organization) yarandığı gündür. 1945-ci il noyabrın 16-da Parisdə 37 ölkə tərəfindən təşkilatın nizamnaməsi imzalanıb. Sənəd 20 ölkə tərəfindən ratifikasiya olunduqdan sonra, 1946-cı il noyabrın 4-də qüvvəyə minib. Hazırda UNESCO-nun 193 üzvü var, təşkilatın mənzil-qərargahı Parisdə yerləşir.
   4 noyabr 1956 - Məşhur rus müğənnisi, şair və bəstəkarı İqor Talkov anadan olub. 1991-ci il oktyabrın 6-da qətlə yetirilib.
   
   Hazırladı: Vüqar Orxan