Azərbaycan
   
   15 dekabr 1905 - Rəssam Reyhan İbrahim qızı Topçubaşova (1905 - 5.3.1970) anadan olub.
   15 dekabr 1907 - Görkəmli torpaqşünas alim, akademik Həsən Əliyev (1907-1993) anadan olub.
   15 dekabr 1909 - Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli boyakar, Xalq rəssamı Səttar Bəhlulzadə (1909 - 14.10.1974) Bakının Əmircan kəndində doğulub.
   15 dekabr 1910 - Tanınmış neftçi-geoloq, akademik Şəfaət Mehdiyev (1910 - 1995) anadan olub.
   15 dekabr 1912 - Azərbaycanın ilk qadın bəstəkarlarından biri Ağabacı Rzayevanın (1912 - 4.7.1975) doğum günüdür. Bir çox mahnı və romansların, simli kvartet üçün pyeslərin və s. əsərlərin müəllifidir.
   15 dekabr 1920 - Azərbaycan İnqilab Komitəsi “Vahid dövlət arxiv fondunun təşkili və Xalq Maarif Komissarlığı yanında Mərkəzi Dövlət Arxivinin yaradılması haqqında” dekret imzalayıb.
   15 dekabr 1924 - Xalq şairi Hüseyn Arif (Hüseyn Camal oğlu Hüseynzadə, 1924 - 14.9.1992) anadan olub.
   15 dekabr 1946 - Şair, kinodramaturq, tərcüməçi Ramiz Məmmədəli oğlu Rövşən Bakının Əmircan kəndində anadan olub. Rus şairlərinin (S.Yesenin, A.Blok, M.Svetayeva) əsərlərini dilimizə tərcümə edib. “Babamızın babasının babası”, “Şəhərli biçinçilər”, “Özgə vaxt” (H.Mehdiyevlə birgə), “Qala” (Ş.Nəcəfzadə ilə birgə) flimlərinin ssenari müəllifidir.
   
   16 dekabr 1898 - Xalq rəssamı Qəzənfər Xaliqov (1898-1981) anadan olub. "Molla Nəsrəddin" jurnalında karikaturaçı kimi çalışıb, teatr və kino dekorativ sənətkarı kimi fəaliyyət göstərib. “Sehrli xalat”, “İstintaq davam edir” filmlərində geyim rəssamı olub.
   16 dekabr 1935 - Əməkdar incəsənət xadimi İmruz Məmməd Sadıx qızı Əfəndiyeva anadan olub.
   16 dekabr 1979 - Dünya şöhrətli caz musiqiçisi, bəstəkar, pianoçu, caz-muğamın banisi Vagif Mustafazadə (16.3.1940 - 1979) vəfat edib. "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66", "Tbilisi-78", Monte-Karlo) laureatı olub.
   16 dekabr 1991 - Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Heydər Əliyevin sədrliyi keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün Azərbaycan Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq 31 dekabrın “Dünya azərbaycanlılarının həmrəyliyi günü” elan olunması barədə qanun qəbul etdi.
   16 dekabr 2005 - Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycanda iki yeni nazirlik - Fövqəladə Hallar Nazirliyi və Müdafiə Sənayesi Nazirliyi yaradılıb.
   Ölkə başçısının sərəncamı (2006-cı il 8 dekabr) ilə 16 dekabr Azərbaycanda Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
   Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı isə dekabrın 17-də qeyd olunur.
   
   Dünya
   
   15 dekabr Beynəlxalq Çay günüdür (İnternational Tea Day). Beynəlxalq Təhsil və Ünsiyyət Mərkəzinin Mumbay (Hindistan) və Portu-Aleqri (Braziliya) forumlarından sonra təsis olunub. Məqsəd çay içkisini dünyada populyarlaşdırmaqdır. Hindistan, Şri-Lanka, İndoneziya və s. ölkələrdə qeyd olunur.
   
   15 dekabr 1798 - İtalyan şairi Antonio Qvandanoli (Antonio Guadagnoli, 1798- 1858) anadan olub.
   15 dekabr 1832 - Məşhur fransız mühəndisi, Parisdəki Eyfel qülləsinin müəlifi Aleksandr Gustav Eyfel (Alexandre Gustave Eiffel, 1832 - 28.12.1923) anadan olub.
   15 dekabr 1859 - Esperanto beynəlxalq dilinin yaradıcısı, yəhudi əsilli Polşa linqvisti Lüdoviq Lazar Zamengof (Ludwik Lejzer Zamenhof, 1859 - 1917) anadan olub.
   15 dekabr 1903 - Görkəmli rus-sovet kinorejisoru, SSRİ Xalq artisti Yuli Yakovleviç Rayzmanın (1903 - 1994) doğum günüdür.
   15 dekabr 1907 - Braziliya memarı, müasir dəmir-beton arxitekturasının pionerlərindən biri Oskar Nimeyer (Oscar Ribeiro de Almeida de Niemeyer Soares Filho) anadan olub.
   15 dekabr 1966 - Amerika kinorejissoru, məşhur cizgi filmlərinin yaradıcısı Uolt Disney (Walter Elias "Walt" Disney, 5.12.1901- 1966) vəfat edib.
   15 dekabr 1971 - Məşhur türk aktyoru, “Qurdlar vadisi” serialında baş rolun (Polat Alemdar) ifaçısı Necati Şaşmaz anadan olub.
   
   16 dekabr 1770 - Dahi alman bəstəkarı, dirijor və pianoçu Lüdviq van Bethoven (Ludwig van Beethoven, 1770 - 26.3.1827) anadan olub. Dünya musiqisinin inciləri sırasına daxil olan 9 simfoniyanın, sonataların müəllifidir.
   16 dekabr 1775 - İngilis yazıçısı, Britaniya realist ədəbiyyatında “qadın romanları”nın banisi Ceyn Ostin (Jane Austen, 1775 - 1817) anadan olub.
   16 dekabr 1863 - İspan əsilli Amerika yazıçısı və filosofu Corc Santayana (George Santayana, ispanca Jorge Agustin Nicolas Ruiz de Santayana, 1863 - 1952) anadan olub.
   16 dekabr 1866 - Rus rəssamı, təsviri sənətdə abstraksionizmin banilərindən biri Vasili Kandinski (1866 - 1944) anadan olub.
   16 dekabr 1917 - Dünya şöhrətli ingilis fantast-yazıçısı, futuroloq, ixtiraçı ser Artur Klark (Sir Arthur Charles Clarke, 1917 - 19.3.2008) anadan olub. Məşhur “Kosmik odisseya 2001” filminin ssenari müəlliflərindən (Stenli Kubriklə birgə) biridir.
   16 dekabr 1928 - Amerikalı fantast-yazıçı Filip Kinred Dik (Philip Kindred Dick, 1928 - 1982) anadan olub.
   16 dekabr 1932 - Görkəmli rus bəstəkarı (“Ölü canlar”, “Lolita” və s. operalar) Rodion Konstantinoviç Şedrin anadan olub.
   16 dekabr 1938 - Məşhur Norveç aktrisası Liv Ulman (Live Johane Ullman) anadan olub.
      
   Hazırladı: Vüqar Orxan