Azərbaycan
   
   17 dekabr Azərbaycan Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günüdür. Müdafiə Sənayesi Nazirliyi prezident İlham Əliyevin 16 mart 2005-ci il tarixli sərəncamı ilə yaradılıb.
   
   17 dekabr 1905 - Şair Osman Sarıvəlli (Osman Abdulla oğlu Qurbanov, 1905 - 3.7.1990) Qazax rayonunun Şıxlı (Sarıvəlli) kəndində anadan olub.
   17 dekabr 1925 - Filosof-alim, professor Vəli Hüseynəli oğlu Nəsirov (1925 - 16.6.1987) anadan olub.
   17 dekabr 1926 - SSRİ-də ilk dəfə əhalinin siyahıyaalınması keçirilib. Bu siyahıyaalmaya görə, Azərbaycan SSR-in əhalisi 2 milyon 314 min nəfər idi. Əhalinin 650 mini şəhərlərdə, 1 milyon 664 mini isə kəndlərdə yaşayırdı.
   17 dekabr 1946 - Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə qurulmuş Milli Hökuməti devirən (12 dekabrda) İran silahlı qüvvələri Təbriz, Ərdəbil, Urmiya, Mərənd və digər şəhərlərdə kütləvi həbs və qırğınlar həyata keçiriblər. Cənubi Azərbaycan türklərinin mühacir təşkilatları 17 dekabrı «Güney Azərbaycanda milli soyqırım günü» kimi qeyd edirlər.
   17 dekabr 1993 - Görkəmli yazıçı, dramaturq, akademik, ictimai xadim Mirzə Əjdər oğlu İbrahimov (15 (28).10.1911, Cənubi Azərbaycan, Sərab - 1993, Bakı) vəfat edib. Azərbaycan Nazirlər Soveti sədrinin müavini (1946-1950), respublika Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958) olub.
   17 dekabr 1999 - Tanınmış jurnalist, ictimai xadim Nəcəf Adil oğlu Nəcəfov (24.6.1955 - 1999) vəfat edib. “Molodyoj Azerbaydjana", “Azadlıq” qəzetlərinin redaktoru olub. Prezident İlham Əliyevin 21 iyul 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə (ölümündən sonra) təltif olunub.
   
   18 dekabr 1928 - Görkəmli xanəndə, musiqiçi Qulu Rüstəm oğlu Əsgərov (1928 - 1989) Salyan rayonunda doğulub.
   18 dekabr 1934 - Şair-dramaturq Teyyub Qurban (Teyyub Yarməmməd oğlu Qurbanov) anadan olub.
   18 dekabr 1997 - Prezident Heydər Əliyev «1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi sürətdə deportasiyası haqqında» fərman imzalayıb. Fərmanda 100 minə yaxın azərbaycanlının ata-baba yurdlarından deportasiyasına dair SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr və 1948-ci il 10 mart tarixli qərarlarına siyasi qiymət verilir, bu deportasiya aktlarının XIX əsrin əvvəlindən başlayaraq azərbaycanlılara qarşı həyata keçirilmiş təqib, terror və soyqırımı siyasətinin tərkib hissəsi olduğu vurğulanırdı.
   
   19 dekabr 1921 - Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Mikayıl Abdullayev (1921-2002) anadan olub. Rəssamın müxtəlif janrlarda yaratdığı sənət əsərləri dünyanın bir sıra muzey və bədii qalereyalarında nümayiş olunur.
   19 dekabr 1943 - Bəstəkar, Əməkdar incəsənət xadimi, professor Fərəc Qara oğlu Qarayev anadan olub. Simfonik orkestr üçün əsərlərin müəllifidir. 1999-cu ildə "Humay" mükafatına layiq görülüb.
   19 dekabr 1950 - Xalq artisti Gülşən Ağadadaş qızı Qurbanova (1950 - 2007) anadan olub. Gənc Tamaşaçılar Teatrında çıxış edib. Kinoda, televiziya tamaşalarlnda (“Bala başabəla”, “Ordan burdan”) yaddaqalan obrazlar yaradıb.
   19 dekabr 1969 - Məşhur pianoçu, caz ifaçı, bəstəkar Əzizə Vaqif qızı Mustafazadənin doğum günüdür. 1987-ci ildən Almaniyada yaşayır.
   
   20 dekabr 1905 - Tənqidçi, ədəbiyyatşünas Atababa Musaxanlı (1905 - 1941) anadan olub.
   20 dekabr 1925 - Filosof, professor Şüküfə Şamil qızı Mirzəyeva anadan olub.
   
   21 dekabr 1913 - Şair, tərcüməçi Ələkbər Ziyatay (Ələkbər Həsən oğlu Cəfərov, 1913 - 2.7.1982) Gəncədə doğulub. Bir çox şeirlərinə mahnılar bəstələnib. Homerin «Odisseya», Lope de Veqanın «Nə yardan doyur, nə əldən qoyur», A.Qriboyedovun «Ağıldan bəla» və s. əsərləri dilimizə tərcümə edib.
   21 dekabr 1916 - Yazıçı, Əməkdar mədəniyyət işçisi Süleyman Vəliyev anadan olub.
   21 dekabr 1923 - Görkəmli tarixçi və şərqşünas, akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov (1923-1997) Astarada anadan olub. 1973-cü ildə Azərbaycan EA-nın akademiki, 1990-cı ildə vitse-prezidenti seçilib. Uzun illər EA-nın Şərqşünaslıq İnstitutuna rəhbərlik edib. YAP-ın sədr müavini olub, 1995-ci ildə Milli Məclisin deputatı seçilib. 1997-ci il fevralın 21-də qətlə yetirilib.
   21 dekabr 1923 - Məşhur müğənni, Xalq artisti Tükəzban Məhərrəm qızı İsmayılova (1923 - 24.3.2008) anadan olub. Pedaqoji fəaliyyət göstərib. Bir çox xarici ölkələrdə qastrollarda Azərbaycan musiqisini təbliğ edib. "Şöhrət" ordeni ilə təltif edilib.
   21 dekabr 1927 - Tanınmış heykəltəraş, ictimai xadim Ömər Eldarov anadan olub. Azərbaycanın bir çox görkəmli şəxsiyyətlərinin heykəllərinin müəllifidir. Rəssamlıq Akademiyasına rəhbərlik edir, Milli Məclisin deputatı (1995-2000) olub.
   
   Dünya
   
   17 dekabr 1273 - Böyük İslam mütəfəkkiri, vəhdəti-vücud (panteizm) fəlsəfəsinin tanınmış nümayəndəsi, tacik (fars) əsilli şair Mövlana Cəlaləddin Məhəmməd Rumi (30.9.1207 - 1273) vəfat edib. İndiki Əfqanıstan ərazisində, Bəlx şəhərində doğulan Rumi ömrünün çox hissəsini Türkiyədə, Konyada yaşayıb və orada dünyasını dəyişib.
   17 dekabr 1749 - İtalyan bəstəkar Domeniko Çimarozo (Domenico Cimarosa, 1749 - 1801) anadan olub.
   17 dekabr 1830 - Fransız yazıçısı Jül de Qonkur (Jules de Goncourt, 1830 - 20.6.1870) anadan olub. Məşhur yazıçı Edmon de Qonkurun (26.5.1822 - 16.7.1896) kiçik qardaşıdır. Fransa ən nüfuzlu ədəbiyyat mükafatı olan Oonkur mükafatı (Prix Goncourt) onların şərəfinə təsis edilib.
   17 dekabr 1842 - Fransız tarixçisi, dünya və Avropa tarixi üzrə məşhur alim Ernest Laviss (Ernest Lavisse, 1842 - 1922) anadan olub.
   17 dekabr 1893 - Məşhur alman teatr rejissoru və nəzəriyyəçisi Ervin Piksator (Erwin Piscator, 1893 - 1966) anadan olub.
   17 dekabr 1903 -Amerika yazıçısı Erskin Kolduell (Erskine Preston Caldwell, 1903 - 1987) anadan olub.
   17 dekabr 1905 - Görkəmli sovet kinorejissoru İosif Yefimoviç Heyfis (1905 - 1995) anadan olub. Azərbaycan rejissoru Rza Təhmasiblə birlikdə “Bakının işıqları” (1950) filmini çəkib.
   17 dekabr 1975 - Slavyan (Çernoqoriya-Rusiya) əsilli Amerika aktrisası və fotomodeli Milla Yovoviç (Milla Jovovich) Kiyevdə doğulub.
   18 dekabr 1921 - Görkəmli rus aktyoru, SSRİ Xalq artisti Yuri Vladimiroviç Nikulin (1921 - 21.8.1997) anadan olub. Məşhur komediya filmlərində çəkilib. Uzun müddət Moskva Sirkinə rəhbərlik edib.
   18 dekabr 1946 - Dünya şöhrətli Amerika kinorejissoru (“İndiana Cons”, “Şindlerin siyahısı” və s.), ssenarist, prodüser Stiven Spilberqin (Steven Allan Spielberg) doğum günüdür.
   18 dekabr 1957 - Tanınmış rus aktyoru və müğənnisi İqor Sklayr anadan olub.
   18 dekabr 1963 - Məşhur Amerika aktyoru və prodüseri Bred Pitt (William Bradley «Brad» Pitt) anadan olub.
   18 dekabr 1980 - Amerika aktrisası və pop-müğənnisi, beş dəfə “Qremmi” mükafatçısı Kristina Aqilera (Christina Maria Aguilera) anadan olub.
   
   19 dekabr 1864 - Alman bəstəkarı Adolf Zanberqer (Adolf Sandberger, 1864 - 1943) anadan olub.
   19 dekabr 1915 - Dünya şöhrətli fransız müğənnisi və aktrisası Edit Piaf (Edith Piaf - Edith Giovanna Gassion, 1915 - 10.10.1963) anadan olub.
   19 dekabr 1933 - Məşhur rus aktrisası və teatr rejissoru (“Sovremennik” teatrı) Qalina Borisovna Volçek anadan olub.
   19 dekabr 1944 - Rus aktrisası (“Ovod” teleserialında Cemma), Rusiyanın Xalq artisti Anastasiya Vertinskaya anadan olub.
   19 dekabr 1963 - Alman aktyoru və rejissoru Tilman Valentin Şvayger (Tilman Valentin Schweiger) anadan olub.
   19 dekabr 1969 -Amerika aktrisası Kristin Svensonun (Kristen «Kristy» Swanson) doğum günüdür.
   19 dekabr 1996 - Dünya şöhrətli İtaliya aktyoru Marçello Mastroyanni (Marcello Vincenzo Domenico Mastroianni, 28.9.1924 - 1996) vəfat edib.
   
   20 dekabr 1629 - Məşhur holland rəssamı Piter de Hox (Pieter de Hooch (Hoogh), 1629 - 1684) anadan olub.
   20 dekabr 1841 - Fransız ictimai xadimi, məşhur pasifist Ferdinand Byusson (Ferdinand Buisson, 1841 - 16.2.1932) anadan olub. Fransız və alman xalqları arasında anlaşma yaratmaq uğrunda fəaliyyətinə görə Nobel sülh mükafatına (1927) layiq görülüb.
   20 dekabr 1904 - Rus kinorejissoru Viktor Vladislavoviç Eysımont (1904 - 1964) anadan olub.
   20 dekabr 1915 - Məşhur türk yazıçısı Əziz Nesin (1915 - 5.7.1995) anadan olub. Kitabları xarici dillərə ən çox çevrilən 4 türk yazarından biridir. Əsərləri (“Futbol kralı”, “Taxtalıköydən məktublar” və s.) hələ sovet dövründə Azərbaycanda da çap olunub.
   20 dekabr 1922 - Amerika aktyoru, rejissor, iki dəfə “Oskar” mükafatı laureatı Corc Hill (George Roy Hill, 1921 - 27.12.2002) anadan olub.
   20 dekabr 1948 - Tanınmış ingilis musiqiçisi Alan Parsonsun (Alan Parsons) doğum günüdür. “Pink Floyd”, Pol Makkartni kimi məşhurlar üçün musiqilər yazıb.
   20 dekabr 1966 - Fransız aktrisası və müğənnisi ("Elen və uşaqlar” teleserialı) Elen Rolle (Helene Rolles) anadan olub.
   
   21 dekabr 1639 - Görkəmli fransız dramaturqu Jan Rasin (Jean-Baptiste Racine, 1639 - 21.4.1699) anadan olub. “İfigeniya”, “Fedra” kimi dramları dünyanın bir çox teatrlarında səhnəyə qoyulub.
   21 dekabr 1804 - İngilis yazıçısı, “sosial roman”ın tanınmış nümayəndələrindən biri Bencamin Dizraelinin (Benjamin Disraeli, 1804 - 19.4.1881) doğum günüdür. Dizraeli həm də tanınmış dövlət xadimi, 1868 -1880-ci illərdə Britaniyanın baş naziri olub.
   21 dekabr 1840 - Görkəmli türk şairi və yazıçısı, jurnalist və teatr xadimi Namiq Kamal (21.12.1840 - 2.12.1888) anadan olub.
   21 dekabr 1900 - Rus-sovet dramaturqu Vsevolod Vitalyeviç Vişnevski (1900 - 1951) anadan olub. Oktyabr inqilabı (1917) və sosializmdən bəhs edən pyesləri uzun illər sovet teatrında səhnəyə qoyulub.
   21 dekabr 1917 - Məşhur alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1972) laureatı Henrix Böll (Heinrich Theodor Böll, 1917 - 16.7.1985) anadan olub.
   21 dekabr 1937 - Amerika aktrisası, yazıçı, prodüser Ceyn Fonda (Jane Seymour Fonda) anadan olub.
   21 dekabr 1940 - Amerika bəstəkarı, müğənni, kinorejissor Frenk Zappa (Frank Vincent Zappa, 1940 - 1993) anadan olub.
   21 dekabr 1948 - Amerika aktyoru və prodüseri Semyuel Ceksonun (Samuel Leroy Jackson) doğum günüdür.
   21 dekabr 1966 - Tanınmış Kanada aktyoru, “Emmi” və “Qızıl qlobus” laureatı Kifer Sazerlend (Kiefer Sutherland) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar