Azərbaycan   

   31 yanvar 1879 - Məşhur satirik şair Səməd Mənsur (1879-3.1.1927) Bakının Əmircan kəndində anadan olub.
   31 yanvar 1884 - Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadə (1884-6.3.1955) Bakının Novxanı kəndində doğulub. 1904-ci ildə sosial-demokrat “Hümmət” təşkilatının qurucularından olub. 1908-ci ildə İrana gedərək Məşrutə inqilabında iştirak edib, sonra Türkiyəyə gedib. 1913-cü ildə Bakıya qayıdıb və “Hümmət”in əsasında yaradılan “Müsavat” partiyasına rəhbərlik edib. 1918-ci ildə Zaqafqaziya Seymində Azərbaycan fraksiyasına rəhbərlik edib, mayın 27-də Azərbaycan Milli Şurasının sədri seçilib. Xalq Cümhuriyyətinin süqutundan sonra Rəsulzadə Moskvaya aparılıb, oradan mühacirətə gedib. 1922-ci ildən Türkiyədə, 30-40-cı illərdə Avropada Azərbaycan siyasi mühacirətinə rəhbərlik edib. 1947-ci ildə Türkiyəyə qayıdıb və 1955-ci ildə Ankarada vəfat edib.
   31 yanvar 1915 - Xalq artisti Vera Karlovna Şirye ((18)31.1.1915 - 2003) anadan olub. Uzun illər Azərbaycan Dövlət Rus Dram Teatrında çalışıb.
   31 yanvar 1924 - Əməkdar incəsənət xadimi, şair Əli Tudə (Əli Əliqulu oğlu Cavadzadə, 1924-26.2.1996) anadan olub.
   31 yanvar 1963 - Görkəmli aktyor, SSRİ Xalq artisti Ələsgər Hacıağa oğlu Ələkbərov, 26.3.1910- 1963) vəfat edib. Teatr tamaşalarında (“Vaqif”, S.Vurğun), (“Otello”, V.Şekspir) və s.), kinoda “Fətəli xan”, “Qara daşlar”, “Uzaq sahillərdə”, “Böyük dayaq”) unudulmaz obrazlar yaradıb.
   31 yanvar 1987 - SSRİ Xalq artisti Veriko İvlianovna Ancaparidze (6.10.1900 -1987) anadan olub. Azərbaycan kinosunda - “Onu bağışlamaq olarmı?” filmində ana rolunda çəkilib.
   
   1 fevral 1935 - Publisist, nasir Nazim Sadiq oğlu İbrahimov anadan olub.
   1 fevral 1949 - Türkiyənin paytaxtı Ankarada "Azərbaycan Kültür Dərnəyi" təsis edilib. Bu, dünyadakı azərbaycanlı diasporunun təşkilatlanması sahəsində ilk addım idi. Bundan sonra, 1956-cı ildə Azərbaycan Xalq Cümhuriyyətinin milli təhlükəsizlik naziri Nağı bəy Şeyxzamanlının oğlu Saleh bəy Şeyxzamanlı Amerika Azərbaycan Cəmiyyətini təsis etdi. Hazırda bu quruma N.Şeyxzamanlının nəvəsi Tomris Azəri rəhbərlik edir.
   1 fevral 2004 - Rejissor, Xalq artisti Lütfi Şahbaz oğlu Məmmədbəyov (6.2.1927- 2004) vəfat edib. Televiziyada 60-dan çox televiziya tamaşasının rejissoru olub.
   
   2 fevral 1891 - İctimai xadim, jurnalist, tərcüməçi Ceyhun bəy Əbdülhüseyn oğlu Hacıbəyli (1891-22.10.1962) anadan olub. Dahi bəstəkar Üzeyir Hacıbəylinin kiçik qardaşıdır. Xalq Cümhuriyyəti dövründə “Azərbaycan” qəzetinin redaktoru olub. Sonra mühacirətə gedib, Fransada yaşayıb və orada vəfat edib. Məzarı Parisdədir.
   2 fevral 1932 - Tanınmış dilçi alim, professor Ağamusa Axundovun doğum günüdür.
   2 fevral 1936 - Əməkdar mədəniyyət işçisi, bəstəkar Rəşid Rza oğlu Məmmədov anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında bir çox tamaşalara musiqi yazıb.
   2 fevral 1945 - Görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq, Xalq artisti Hüseynqulu Məlik oğlu Sarabski (Rzayev) 20.3.1879-1945) vəfat edib. Məcnun rolunun ilk və uzun illər (30 ildən artıq) əvəzsiz ifaçısı olub.
   2 fevral 1976 - Azərbaycanın Milli Qəhrəmanı Bəşir Bəylər oğlu Kərimov (1976-17.3.1995) Füzuli rayonunun Qacar kəndində anadan olub.
   2 fevral 1993 - Görkəmli torpaqşünas alim, ictimai xadim, akademik Həsən Əlirza oğlu Əliyev (15.12.1907-1993) vəfat edib.
   2 fevral 1996 - Azərbaycan gənclərinin ilk ümumrespublika forumu keçirilib. Forumda prezident Heydər Əliyev iştirak edib. Prezident Heydər Əliyevin imzaladığı fərmanla 1997-ci ildən etibarən 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd edilir.
   
   Dünya
   
   31 yanvar 1715 - Fransız materialist filosofu Klod Adrian Helvetsi (Claude Adrien Helvetius; 1715-26.12.1771) anadan olub.
   31 yanvar 1797 - Avstriya bəstəkarı Frans Şubert (Franz Peter Schubert, 1797-1828) anadan olub.
   31 yanvar 1921 - Amerika opera müğənnisi, aktyor Mario Lansa (Mario Lanza - əsl adı Alfredo Arnoldo Cocozza, 1921-1959) anadan olub.
   31 yanvar 1924 - Məşhur gürcü kinorejissoru, SSRİ Xalq artisti Tengiz Abuladze (1924-1994) anadan olub.
   31 yanvar 1935 - Yapon yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1994) laureatı Kendzaburo Oe anadan olub.
   31 yanvar 1937 - Litva aktyoru, SSRİ Xalq artisti Reqimantas Adomaytis (Regimantas Adomaitis) anadan olub.
   
   1 fevral 1857 - Məşhur rus psixoloqu Vladimir Mixayloviç Bexterevin (1857-1927) doğum günüdür.
   1 fevral 1895 - Amerika kinorejissoru, rejissorlar arasında ən çox - dörd dəfə “Oskar” mükafatına layiq görülmüş Con Ford (John Ford - John Martin Feeney, 1895-1973) anadan olub.
   1 fevral 1901 - Amerika aktyoru, “Oskar” laureatı Klark Qeybl (William Clark Gable; 1901-1960) anadan olub.
   1 fevral 1902 - Amerika yazıçı-dramaturqu, şair Lenston Hyuz (James Mercer Langston Hughes, 1902-1967) anadan olub.
   1 fevral 1942 - Məşhur rus müğənnisi Lev Valeryanoviç Leşşenkonun doğum günüdür.
   1 fevral 1965 - Amerika kinoaktyoru Brendon Li (məşhur aktyor və idmançı Brüs Linin oğlu) anadan olub. 1993-cü ildə film çəkilişində həlak (atası kimi) olub.
   1 fevral 1999 - Məşhur türk musiqiçisi, bəstəkar, televiziya aparıcısı Barış Manço (2.1.1943 - 1999) vəfat edib.
   
   2 fevral 1595 - Niderland rəssamı, klassisizmin tanınmış nümayəndəsi Yakob van Kampen (Jacob van Campen, 1595-1657) anadan olub.
   2 fevral 1616 - Fransız rəssamı Sebastian Burdon (Sebastien Bourdon, 1616-1671) anadan olub.
   2 fevral 1700 - Alman yazıçısı və mədəniyyət xadimi Yohann Kristof Qottşed (Johann Christoph Gottsched, 1700-1766) anadan olub.
   2 fevral 1870 - Rus yazıçısı Fyodor Dmitriyeviç Kryukov (1870-1920) anadan olub. Bəzi versiyalara görə, rus yazıçısı Mixail Şoloxova Nobel mükafatı qazandıran məşhur “Sakit Don” romanının ilk variantının müəlifi F.Kryukov olub.
   2 fevral 1873 - Avstriya bəstəkarı, məşhur operettaların (“Madam Pompadur”, “Dollar şahzadəsi”) müəlifi Leo Fall (1873-1925) anadan olub.
   2 fevral 1875 - Avstriya əsilli Amerika bəstəkarı, skripkaçı, XX əsrin ən tanınmış ifaçılarından biri Frits Kreysler (Fritz Kreisler, 1875-1962) anadan olub.
   2 fevral 1882 - Məşhur irland yazıçısı və şairi, modernizmin nümayəndəsi Ceyms Coys (James Augustine Aloysius Joyce, 1882-1941) anadan olub.
   2 fevral 1883 - Rus bəstəkarı, məşhur musiqiçilər ailəsi Qnesinlərin nümayəndəsi Mixail Fabianoviç Qnesin (1883-1957) anadan olub. Onun beş baçısı də tanınmış musiqiçi olublar və bu gün Qnesinlərin adını daşıyan Rusiya Musiqi Akademiyasının əsasını qoyublar.
   2 fevral 1905 - Amerika yazıçısı və filosofu, obyektivizm fəlsəfi cərəyanının banisi Ayn Rand (Ayn Rand - Alisa Zinovyevna Rozenbaum, 1905-1982) Sankt-Peterbutrqda doğulub.
   2 fevral 1934 - Gürcü rejissoru Otar İoseliani anadan olub. Sovet dövründə Fransaya mühacirət edib.
   2 fevral 1977 - Məşhur kolumbiyalı müğənni və rəqqasə Şakira (Shakira Isabel Mebarak Ripoll) anadan olub. Atası livanlı ərəb, anası ispan əsilli kolumbiyalıdır
      
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar