Azərbaycan
   
   5 avqust 1895 - Opera müğənnisi, Xalq artisti Məmmədtağı Abbas oğlu Bağırov (1895 - 16.4.1961) anadan olub.
   5 avqust 1918 - Azərbaycanda hərbi donanmanın yarandığı gündür. Həmin gün Rusiya imperiyasının Xəzərdəki hərbi gəmilərinin bazasında Azərbaycan Xalq Cümhuriyyətinin hərbi donanması (6 qayıq və 1 gəmi) təşkil olunub. Prezident Heydər Əliyevin 1996-cı ildə imzaladığı fərmanla 5 avqust Azərbaycanda “Hərbi donanma günü” kimi qeyd olunur.
   5 avqust 1950 - Yazıçı-publisist Rafiq Tağı anadan olub.
   5 avqust 1958 - Ədəbiyyatşünas alim, professor Məhərrəm Paşa oğlu Qasımlı Tovuz rayonunda anadan olub. Aşıq sənətinə dair araşdırmaların müəllifi, Azərbaycan Aşıqlar Birliyinin I katibidir. "Sənə sözüm var" (2004) adlı şeirlər kitabı (Orxan Paşa təxəllüsü ilə) çap olunub.
   
   6 avqust 1939 - İlk azərbaycanlı kinorejissorlardan biri olan Səməd Mərdanov (22.9.1909 - 1939) vəfat edib. 1939-cu ildə çəkdiyi "Kəndlilər" (1940-cı ildə ekrana buraxılıb) bədii filmi Azərbaycan kinosunun qızıl fonduna daxildir. Görkəmli aktyor Mustafa Mərdanovun qardaşıdır.
   6 avqust 1998 - Prezident Heydər Əliyev "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda mətbuat üzərində senzuraya son qoyulub, Nazirlər Kabineti yanında mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə - "Qlavlit" ləğv edilib.
   
   7 avqust 1930 - Görkəmli rəssam Toğrul Fərman oğlu Nərimanbəyov anadan olub. Dünyanın müxtəlif muzeylərində sərgilənən natürmort, portret, mənzərə və s. janrlarda əsərləri ilə yanaşı, divarüstü monumental freskaları (Bakı metrosunun “Nizami” stansiyası) ilə də tanınıb. Bir sıra teatr və balet tamaşalarına bədii tərtibat verib. “Dədə Qorqud” filmində rəsmlərin müəllifidir, “Dantenin yubileyi” filmində epizodik rola (tamaşaçı) çəkilib. Rəssamlıqla yanaşı, vokal ifaçılığı ilə də tanınır.
   7 avqust 1931 - Azərbaycanın tanınmış balet artisti, baletmeyster, Xalq artisti Rəfiqə Hacı qızı Axundova anadan olub. Opera və Balet Teatrının solisti (1951-1971), 1990-cı ildən baş baletmeysteri olub. Əsas partiyaları: Gözəllər gözəli, Fanni ("Yeddi gözəl", "İldırımlı yollarla", Q.Qarayev), Şirin ("Məhəbbət əfsanəsi", A.Məlikov), Jizel ("Jizel", A.Adan) və s.
   
   8 avqust 1943 - Şair, tərcüməçi, ədəbiyyatşünas, professor Ənvər Əhməd (Ənvər Misir oğlu Əhmədov) Ağcabədi rayonunda anadan olub.
   8 avqust 1948 - Tanınmış aktyor, Xalq artisti Rasim Əhməd oğlu Balayev Ağsu rayonunda anadan olub. İlk dəfə "Ulduzlar sönmür" filmində (1971) kiçik rolda (Sultanov) çəkilib. Kinodakı ilk baş rolu ("Nəsimi", 1974) ona şöhrət gətirib. “Qatır Məmməd” (1974), "Dədə Qorqud" (1975), "Babək" (1979), “Gözlə məni” (1980), “Həm ziyarət, həm ticarət” (1995), “Otel otağı” (1998), “Küçələrə su səpmişəm” (2004) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. "Özbəkfilm", "Mosfilm" və başqa studiyalarda filmlərə çəkilib. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibidir.
   
   Dünya
   
   5 avqust 1844 - Rus boyakarı və qrafiki İlya Yefimoviç Repin (1844-1930) anadan olub. Məşhur əsərləri: “Burlaklar Volqada”, “Sadko sualtı səltənətdə”, “Tövbədən imtina”, “İvan Qroznı və oğlu İvan”, “L.N.Tolstoy” və s.
   5 avqust 1850 - Görkəmli fransız yazıçısı Gi de Mopassan (Henry Rene Albert Guy de Maupassant; 1850- 6.7.1893) anadan olub. Əsərləri: “Həyat”, “Əziz dost”, “Pyer və Jan”, “Arzu alovu” və s. romanlar, “Mademauzel Fifi”, “Boyunbağı”, ”Məhəbbət təcrübəsi” və s. novellalar.
   5 avqust 1860 - İngilis rəssamı Luis Ueyn (Louis William Wain, 1860- 1939) anadan olub.
   5 avqust 1868 - Məşhur rus şərqşünası və tarixçisi Boris Turayev (1868-1920) anadan olub.
   5 avqust 1898 - Rus-sovet nəğməkar şairi Vasili Lebedev-Kumaç (1898-1949) anadan olub.
   5 avqust 1901 - Fransız kinorejissoru Klod Otan-Lara (Claude Autant-Lara; 1901-2000) anadan olub. Filmləri: “Qırmızı talvar”, “Qırmızı və qara” (Stendalın eyniadlı romanı üzrə), “Gecə Marqaritası” və s.
   5 avqust 1906 - Amerika rejissoru Con Hyuston (John Marcellus Huston, 1906-1987) anadan olub. İki dəfə «Oskar» mükafatı laureatıdır: “Kazino “Royal” və “Çin məhəlləsi” filmləri.
   5 avqust 1962 - Məşhur Amerika aktrisası Merilin Monro (Marilyn Monroe - əsl adı Norma Jean Mortenson: 1.6.1926 - 1962) vəfat edib.
   5 avqust 1987 - Məşhur rus aktyoru, SSRİ Xalq artisti Anatoli Papanov (31.10.1922 - 1987) vəfat edib. Çəkildiyi filmlər: “Dirilər və ölülər”, “Avtomobildən qorun”, “Brilyant əl”, “12 stul” (rej. M.Zaxarov) və s. Məşhur “Bir dayan” cizgi filmlərində Canavar obrazını səsləndirib.
   
   6 avqust 1660 - Görkəmli ispan rəssamı Dieqo Rodriges de Silva Velaskes (Diego Rodriguez de Silva Velazquez, 6.6.1599-1660) vəfat edib.
   6 avqust 1809 - İngilis şairi Alfred Tennison (Alfred Tennyson, 1809-1892) anadan olub.
   6 avqust 1856 - Rus rəssamı və incəsənət nəzəriyyəçisi Apollinari Vasnesov (1856-1933) anadan olub.
   6 avqust 1868 - Fransız yazıçısı, şair, dramaturq Pol Klodel (Paul Claudel, 1868-1955) anadan olub. Əsərləri: “Qızıl baş”, “Girov”, “Boyat çörək”.
   6 avqust 1899 - Gürcü aktyoru və rejissoru, SSRİ Xalq artisti Akaki Vasadze (1899-1978) anadan olub. Filmləri: “Böyük ustadın sağı”, “Ayın oğurlanması”.
   6 avqust 1931 - İtalyan kinorejissoru Umberto Lensi (Umberto Lenzi) anadan olub. Qorxu filmlərinin (“Qarabasmalı ev”, “Zombilər şəhəri”) rejissoru kimi tanınıb.
   
   6 avqust 1951 - Amerika aktrisası Ketrin Hiks (Catherine Hicks) anadan olub.
   6 avqust 1953 - Məşhur hind kinorejissoru Umeş Mehra (Umesh Mehra) anadan olub. Filmləri: “Cəngəllik qanunu ilə”, “Məhəbbətin torları”, habelə məşhur sovet-hind filmləri olan “Məhəbbət haqqında əfsanə”, “Əlibaba və 40 quldurun macəraları” (rejissor Lətif Fayziyevlə birgə).
   
   7 avqust 1867 - Alman ekspressionist rəssamı Emil Nolde (Hansen; 1867-1956) anadan olub.
   7 avqust 1876 - Məşhur holland rəqqasəsi, I Dünya müharibəsində bir sıra ölkələrin casusu kimi ad çıxaran Mata Hari (Margaretha Geertruida Zelle; 1876-1917) anadan olub. 1917-ci ildə Fransada həbs olunaraq holland-alman casusu kimi güllələnib.
   7 avqust 1911 - Amerika aktyoru və kinorejissoru Nikolas Rey (Nicholas Ray, 1911-1979) anadan olub. “İdealsız üsyankar” filminə görə “Oskar” mükafatı alıb.
   7 avqust 1947 - Rumın (moldovan) əsilli məşhur estrada müğənnisi, SSRİ, Ukrayna və Moldovanın Xalq artisti Sofiya Rotaru anadan olub.
   7 avqust 1941 - Görkəmli hind yazıçısı, filosof, bəstəkar, ədəbiyyat üzrə Nobel mükafatı (1913) laureatı Rabindranat Taqor (Rabindranath Tagore; 6.5. 1861-1941) vəfat edib. Əsərləri: “Fəlakət”, “Ev və dünya”, “Vida mahnısı” romanları, “Poçt”, “Qırmızı oleandrlar” pyesləri və s.
   7 avqust 1955 - Rus yazıçısı, ssenarist, dramaturq Vladimir Sorokin anadan olub. Əsərləri: “Növbə”, “Marinanın 13-cü məhəbbəti” romanları və s.
   7 avqust 1960 - Amerika aktyoru Devid Duxovnı (David William Duchovny) anadan olub. «Məxfi materiallar» serialında baş rolu ilə tanınıb.
   7 avqust 1975 - Cənubi Afrika mənşəli Amerika aktrisası Şarliz Teron (Charlize Theron) anadan olub. “Qulyabanı” filminə görə “Oskar” mükafatı alıb.
   
   8 avqust 1928 - Rusiyanın Xalq artisti, məşhur aktrisa Nina Menşikova (1928-2007) anadan olub. Filmləri: “Əsgər haqqında ballada”, “Qızlar”, “Rezident” əməliyyatının sonu” və s.
   8 avqust 1937 - Amerika aktyoru Dastin Hoffman (Dustin Lee Hoffman) anadan olub. İki dəfə “Oskar” mükafatı (“Yağış adamı” (“Oskar” mükafatı), “Tutsi”, “Epidemiya”, “Kramer Kramerə qarşı” (“Oskar” mükafatı), “Kapitan Kryuk” və s.
   8 avqust 1943 - Rusiya kinorejissoru, prodüser Yuli Qusman Bakıda anadan olub. “60-70-ci illərdə Bakı “KVN” klubunun kapitanı olub. Filmləri: “Qorxma, mən səninləyəm” (“Azərbaycanfilm”), “Bir ailə üçün bağ evi”, “Sovet dövrünün parkı” və s. Rusiyanın “Nika” kino mükafatının yaradıcısıdır.
   8 avqust 1951 - Amerika kinorejissoru Martin Brest (Martin Brest) anadan olub. Filmləri: “Qadın ətri”, “Beverli-Hilzdən olan polis”, “Gecəyarısı qaçış”.

   Hazırladı: Vüqar Orxan