Avqustun 29-da dünya pop musiqisinin ən məşhur nümayəndəsi Maykl Ceksonun (1958-2009) anadan olmasının 53 ili tamam olur. Ölümü ilə dünyanı şoka salan, fanatlarını sarsıdan məşhur ulduzun doğum günü münasibətilə dünyanın bir çox ölkələrində onun fan-klubları xatirə mərasimləri keçirəcəklər.
   Maykl Ceksonun Azərbaycandakı fan-klubu avqustun 28-də Bakı Caz Mərkəzində pop-kralın xatirəsinə həsr olunmuş mərasim təşkil edəcək. Mərasimdə Tünzalə Ağayeva, Samira, Məryəm Şabanova, Azad Şabanov, “Spayder” rəqs qrupu, “Dəyirman” rep qrupu və başqaları çıxış edəcəklər.