Xəbər verildiyi kimi, prezident İlham Əliyev aprelin 6-da “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı layihəsinin hazırlanması üçün müvafiq dövlət orqanlarının nümayəndələrindən ibarət işçi qrupunun yaradılması tapşırılıb.
   Sənəddə vurğulanır ki, Azərbaycan Respublikasında gənclər siyasəti gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında xalqımızın tarixi-mədəni irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi istiqamətində aparılır.
   Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin rəhbərliyi ilə Dövlət Proqramının hazırlanması üçün işçi qrupu yaradılıb. Bir sıra nazirliklərin, ictimai təşkilatların nümayəndələrindən ibarət işçi qrupuna mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev də daxil edilib.