Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərinə görə Zakir Qulam oğlu Məmmədov “Xalq artisti”, Faiq Seyfəl oğlu Əlibalayev və Almaz Ağadar oğlu Quliyev “Əməkdar artist” fəxri adlarına layiq görülüblər.