Prezident İlham Əliyev martın 9-da TÜRKSOY-un baş katibi Düsen Kurabay oğlu Kaseinovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. D.Kaseinov Azərbaycanla türkdilli dövlətlər arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə təltif edilib.