Prezident İlham Əliyev mayın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında sərəncam imzalayıb.
   Sənəd ölkə başçısının “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 23 may 2012-ci il tarixli sərəncamının icrası ilə əlaqədar imzalanıb. Sərəncama əsasən, ölkəmizdə dilçilik elmi üzrə araşdırmaların mərkəzi olan Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsi, institutda fundamental tədqiqatların hazırlanması və nəşrinin həyata keçirilməsi, əlyazma fondlarında saxlanılan ana dilimizə aid qədim mənbələrin öyrənilməsi, lüğətçilik sahəsində indiyədək toplanmış materialların elektron bazasının yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Milli Elmlər Akademiyasına 2 milyon manat vəsait ayrılıb.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar