Prezident İlham Əliyev iyulun 17-də görkəmli heykəltəraş, Xalq rəssamı Tokay Həbib oğlu Məmmədovun “Şərəf” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb. Sənətkar Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə bu mükafata layiq görülüb.