Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-28-də Saatlı, Beyləqan və İmişli rayonlarına səfəri gedişində bir sıra sənaye müəssisələri, sosial infrastruktur obyektləri ilə yanaşı, mədəniyyət ocaqları da istifadəyə verilib.
   Dövlət başçısı Saatlıda Gənclər Mərkəzi, Şahmat Məktəbi, Tarix-Diyarşünaslıq Muzeyi və Rəsm Qalereyasının açılışında iştirak edib. Heydər Əliyev Parkının ərazisində tikilən muzey və qalereya binası xüsusi dizaynla inşa olunub. Birinci mərtəbədə yerləşən tarix-diyarşünaslıq muzeyi arxeologiya, etnoqrafiya, mədəniyyət, ideoloji və təsviri sənət bölmələrindən ibarətdir. Muzeydə eksponatların bərpası və qorunması məqsədilə ayrıca fond-bərpa otaqları da yaradılıb. Binanın ikinci mərtəbəsində yaradılan rəsm qalereyasında heykəltəraşlıq nümunələri də yer alıb. Qalereyada ayrıca konfrans zalı, fond və digər texniki otaqlar da var.
   Prezident Beyləqan rayonunda Heydər Əliyev Mərkəzinin və əsaslı təmir olunaraq yenidən qurulan Mədəniyyət Sarayının açılışında iştirak edib. Mərkəzin birinci mərtəbəsində rəsm studiyası, fotostudiya, elektron kitabxana, internet otağı, xarici dil kursu, xalçaçılıq və virtual siniflər yerləşir. Burada həmçinin akt, konfrans və ekspozisiya zalları yaradılıb. Mədəniyyət Sarayının giriş hissəsi müasir memarlıq üslubunda inşa edilib, fasadı tamamilə yenilənib, 500 nəfərlik zal, foye və otaqlar yenidən qurulub, bina zəruri inventar və avadanlıqla təchiz olunub.
   Prezident İmişli rayonuna səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin, Şahmat Məktəbinin açılış mərasimində iştirak edib.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar