Noyabrın 5-də Böyük Britaniyanın paytaxtı Londonda "WTM-2012" beynəlxalq turizm sərgisi başlanıb. Noyabrın 8-dək davam edəcək tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi altında ölkəmizin nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, Turizmin marketinqi və təbliğatı sektorunun aparıcı məsləhətçisi Leyla Verdiyeva, Azərbaycan Dövlət Rəqs Ansamblının 4 nəfər üzvü və AzTV-nin 2 əməkdaşı daxildir. Tədbirdə 11 yerli turizm şirkəti - "Geo Travel", "Gilan Tourism", "Millennium Tourism", "SW travel", "ENC tours", "Billur tur", "Eurotourism", "The tour", "Turizm.az", "Victory tour", 2 mehmanxana - "Four Seasons Hotel Baku", "Jumeirah Bilgah Beach Hotel" və Azərbaycan Qolf Federasiyası da təmsil olunur.
   Sərgidə respublikamızın turizm imkanlarını 105 kv.m sahədə nümayiş olunur. Burada "Azərbaycan Hava Yolları" aviaşirkəti üçün xüsusi yer ayrılıb. Qeyd edək ki, ölkəmiz 2002-ci ildən London sərgisində iştirak edir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar