Sərgi çərçivəsində "Azərbaycan xəmsəsi - türk dünyasının beş dahi söz ustadı" adlı tədbir keçiriləcək
   
   Azərbaycan kitabları noyabrın 17-dən 20-dək Türkiyənin İstanbul şəhərində XXXI İstanbul Beynəlxalq Kitab Sərgisində nümayiş olunacaq. 
   Sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Quliyev, şöbənin məsləhətçisi Faiq Xudanlı, AMEA-nın müxbir üzvü, Nizami adına Ədəbiyyat İnstitutunun direktor əvəzi Teymur Kərimli, şair Əjdər Ol və II Respublika Muğam Festivalının qalibləri Aytən Məhərrəmova, Ədalət Behbudov və Pərviz Fərhadovdan ibarət muğam üçlüyü təmsil edəcək.
   Sərgidə ölkəmizin zəngin mədəniyyətini, tarixini, ədəbiyyatını, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsini, kitab sənətini təmsil və təbliğ etmək məqsədilə 24 kv.m sahə stend qurulması üçün icarəyə götürülüb.
   Sərgi çərçivəsində həmçinin "Azərbaycan xəmsəsi - Nizami Gəncəvi, Mirzə Fətəli Axundzadə, Xurşidbanu Natəvan, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid. Türk dünyasının beş dahi söz ustadı" adlı elmi, ədəbi-bədii tədbirin keçirilməsi də nəzərdə tutulub.