Azərbaycan UNESCO-nun silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin vitse-prezidenti seçilib. Xarici İşlər Nazirliyindən bildiriblər ki, bu qərar UNESCO-nun Parisdəki baş qərargahında təşkilatın silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin 7-ci sessiyasında qəbul olunub. Sessiyada Komitə sədri, üç vitse-prezident və məruzəçi, eləcə də Komitə bürosuna yeni üzvlər seçilib.
   Komitənin sədri vəzifəsinə Belçika, vitse-prezidentlər isə Azərbaycan, Xorvatiya və Salvador seçilib. Azərbaycanın UNESCO-nun bu vacib qurumuna vitse-prezident seçilməsi silahlı münaqişələr zamanı, eləcə də işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması məsələlərində ölkəmizin göstərdiyi səylərin nəticəsidir.