Yanvarın 25-də Muzey Mərkəzində II Respublika dekorativ-tətbiqi sənət festivalının yekun sərgisi açılacaq. Sərgidə ötən il festival çərçivəsində keçirilmiş regional sərgilərdə festivalın Təşkilat Komitəsi tərəfindən seçilmiş bədii əhəmiyyəti ilə fərqlənən dekorativ-tətbiqi sənət nümunələri nümayiş olunacaq.
   II Respublika dekorativ-tətbiqi sənət festivalı zəngin ənənələrə malik Azərbaycan dekorativ-tətbiqi sənətinin müasir dövrdə inkişafı, respublikada gedən bədii yaradıcılıq proseslərinin, bu sahədə qazanılan uğurların geniş ictimaiyyətə təqdim olunması, istedadlı gənclərin, yüksək sənət meyarlarına cavab verən dekorativ-tətbiqi sənət əsərlərinin aşkarlanması, milli-mənəvi dəyərləri kompleks halında özündə birləşdirən dekorativ sənət növlərinin təbliği və qorunması, bölgələrdə mədəni mühitin daha da canlandırılması məqsədilə keçirilib.
   Festivala hazırlıq işləri 2012-ci ilin fevralında başlayıb, ilk mərhələdə Gəncə şəhərində 14, Lənkəranda 12, Şəkidə 12, Xaçmazda 8 rayonun xalq sənətkarlarının iştirakı ilə regional sərgilər təşkil olunub. Bundan əlavə, Bakı şəhəri üzrə xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət sərgi keçirilib.
   Respublikanın bütün şəhər və rayonlarını əhatə edən festivalın yekun sərgisindən sonra nümayiş etdirilən əsərlərdən ibarət nəfis tərtibatlı kataloq çap olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar