Martın 4-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək. Konsertdə Xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi və baş dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Xalq artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası çıxış edəcək. Gecədə Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənəcək.