Böyük Britaniyanın məşhur “The Business Year” jurnalı Azərbaycana daha bir xüsusi buraxılış həsr edib. “The Business Year: Azerbaijan-2013” xüsusi buraxılışı ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub. Bu, nəşrin ölkəmizlə bağlı üçüncü xüsusi buraxılışıdır.
   Xüsusi buraxılışda Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsi, xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin həyat və fəaliyyəti ilə bağlı geniş məqalə dərc olunub. Buraxılışda Azərbaycanın siyasi, iqtisadi, enerji, sosial, mədəni, səhiyyə, idman, sənaye, informasiya-kommunikasiya texnologiyaları, tikinti, nəqliyyat sahələrində son dövrlərdə qazanılmış nailiyyətlərlə bağlı məsul vəzifəli şəxslərin, tanınmış yerli və xarici şirkət rəhbərlərinin müsahibələri də yer alıb. Ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərdən bəhs edən məqalələr də dərc olunub. Nəşrdə Bakıda son illərdə aparılan tikinti-quruculuq işləri və ölkəmizin turizm obyektləri ilə bağlı fotoşəkillər də yer alıb.