Məlum olduğu kimi, Astara rayonunda çoxlu sayda unikal memarlıq nümunələri vardır. Bunlardan XIX və ondan əvvəlki əsrlərdə gözəl memarlıq üslubu ilə inşa edilmiş ləmlərdir (yay istirahət evləri). Onlara Astara, Lənkəran və Masallı rayonlarından başqa digər yerlərdə təsadüf olunmur. Ölkədə turizmin inkişaf etdiyi bir zamanda Astara rayonuna turist axınının gücləndirilməsi, buradakı tarix və mədəniyyət abidələrinin, xüsusilə də nadir memarlıq nümunələri olan ləmlərin təbliği ən önəmli şərtlərdəndir. Məhz bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev «Azərbaycan Respublikasının regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında 14 aprel 2009-cu il tarixdə imzaladığı fərmanda Astara rayonu üzrə tarix və mədəniyyət abidələrinin bərpası və konservasiyası nəzərdə tutulmuşdur. Ölkə əhəmiyyətli bu tədbirin yerinə yetirilməsi ilə bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə nazirliyin Mədəni İrs şöbəsinin əməkdaşı Fazil Məmmədov rayona ezam olunmuş, rayonun Səncərədi, Təngərüd və Balaca Şahağac kəndlərindəki ləmlərin əsaslı təmir və bərpasından ötrü hazırlıq işləri görərək, müvafiq sənədləşdirmə aparıb.

   Əfqan Şəfiyev,
   Astara 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar