Ötən həftə Ağsu rayonunda Beynəlxalq Muzeylər günü münasibətilə bir sıra tədbirlər keçirilib. Əvvəlcə rayon məktəblərinin müəllim və şagirdləri qədim Ağsu şəhərinin qalıqları yerində aparılan arxeoloji qazıntılarla tanış olublar.
   
   Sonra tarix-diyarşünaslıq muzeyində Ağsu arxeoloji ekspedisiyası üzvlərinin, Ağsu RİH nümayəndələrinin, rayonun muzey işçiləri və ziyalıların iştirakı ilə “Arxeoloji turizm və muzeylər” mövzusunda seminar keçirilib.
   Ağsu arxeoloji ekspedisiyasının rəisi, tarix elmləri doktoru Qafar Cəbiyev, Ağsu rayon İcra Hakimiyyəti başçısının müavini Akif Mirzəyev, İtaliyadan dəvət olunmuş bərpaçı-memar Luici Skrinzi, Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix elmləri namizədi Fariz Xəlilli, Ağsu rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Sevda Dəmirova, Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Tacızadə rayon ərazisində aparılan son arxeoloji qazıntılardan, bərpa və konservasiya işlərindən, arxeoloji turizmin Azərbaycanda yayılması zərurətindən, Ağsunun turizm imkanlarından, muzeylərin arxeoloji turizmin inkişafında tutduğu mövqedən danışıblar.
   Məktəblilər tarix-diyarşünaslıq muzeyində təşkil edilmiş Ağsu arxeoloji ekspedisiyasının ən yeni arxeoloji tapıntılarından ibarət sərgi ilə tanış olublar.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar