Azərbaycanın dilbər guşələrindən biri də dağlar qoynunda yerləşən Oğuz rayonudur. Təbii gözəlliyinə görə hər kəsi heyran qoyan bu məkana “Azərbaycanın İsveçrəsi” deyirlər. Elə bu gözəlliklərdir ki, bu yurdun insanlarının hiss və duyğularını bədii sətirlərə çevirməyə ruhlandırır. Bu gün Oğuzda 40-a yaxın yazıb-yaradan insan var. Müəlliflərin fərdi nəşr olunmuş kitablarından başqa onların yaradıcılıqlarından ən gözəl, seçmə nümunələr iki almanaxda - 2002-ci ildə “Kövrək addımlar” və 2006-cı ildə isə “Oğuzun sözü” adı ilə nəşr edilib.
   Oğuzda “Qönçə” ədəbi birliyi də fəaliyyət göstərir. Bu günlərdə rayonun tarix-diyarşünaslıq muzeyində keçirilən «Mənim kimliyimi, mənim adımı, Vətənimdən soruş, elimdən soruş» adlı musiqili ədəbi-bədii gecə oğuzlu yazarlara həsr olunmuşdu. Tədbirdə yerli yazarlardan Yusif Rzayev, Mübariz Orucov, Firuzə Qarayeva, Əli Əliyev, Vaqif Əmrahov, Qəsidə Abdullayeva iştirak ediblər. Onların hər biri müxtəlif peşə sahibləri olsalar da, yaradıcılıqla müntəzəm məşğul olurlar. Tədbirin gedişində dəvətli qonaqlar sazın, sözün sehriylə, özlərinin də qeyd etdikləri kimi, gündəlik yaşamın axarından uzaqlaşaraq fərqli bir aləmə düşüblər. Əsas ideya isə bu oldu ki, hər kəs gərək elə yaşasın ki, elindən, obasından soruşulduqda varlığı və kimliyi yada düşüb, xoş hisslərlə xatırlansın.
   Tədbirdə RİH-nin məsul işçisi T.Daşdəmirov, mədəniyyət və turizm şöbəsinin müdiri U.Baxışova, gənclər və idman idarəsinin rəisi R. Mahmudov, rayon bələdiyyəsinin nümayəndəsi E.Əliyev, MKS-nin, Heydər Əliyev muzeyinin, Uşaq kitabxanasının, rayon mədəniyyət evinin işçiləri, 2 saylı orta məktəbin şagird və müəllimləri iştirak ediblər.
   
   A.Xuduyeva,
   Oğuz rayon tarix-diyarşünaslıq muzeyinin direktoru







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar