Naxçıvan Muxtar Respublikasında Uşaq Filarmoniyası yaradılıb. Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, mədəniyyət müəssisəsinin tərkibi 4 kollektivdən ibarət formalaşdırılıb. Filarmoniyada kamera orkestri, xalq çalğı alətləri ansamblı, mahnı və rəqs ansamblı və xor kollektivi fəaliyyət göstərir.
   Qeyd edək ki, dünən Naxçıvan şəhərində 1 iyun Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə keçirilən tədbir çərçivəsində Uşaq Filarmoniyası ilk konsert proqramı ilə çıxış edib. Konsertdə Azərbaycan və xarici bəstəkarların əsərləri səsləndirilib, rəqs nömrələri nümayiş etdirilib.