Abşeron rayonunun Novxanı kəndinin tarixinə, etnoqrafiyasına və görkəmli şəxsiyyətlərinə həsr olunmuş “Novxanı - sərvətimiz şəxsiyyətlərimizdir” kitabı çap olunub. Kitabın ön sözünün müəllifləri - tarix elmləri namizədi Tofiq Babayev və toplunun baş redaktoru, uzun illər Milli Təhlükəsizlik Nazirliyində işləmiş, istefada olan polkovnik Vaqif Ağayevdir.
   
   Toplunun “Siyasi xadimlər” bölməsində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri - Məhəmməd Əmin Rəsulzadə (1884-1955), 1966-1967-ci illər Azərbaycan KP MK katibi olmuş, yazıçı-dramaturq Şıxəli Qurbanov (1925-1967), “Dövlət xadimləri” bölməsində keçmiş SSRİ-də yeganə ittifaq naziri vəzifəsində çalışmış Sabit Orucov (1912-1981), Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı, uzun illər Azərbaycan SSR Ali Sovetinin sədri olmuş Süleyman Rüstəm (1906-1989), “Din xadimləri” bölməsində şeyxülislam, axund Əliağa Süleymanzadə (1885-1977), “Müharibə iştirakçıları” bölməsində əfsanəvi partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə (1919-1944) haqqında məlumatlar öz əksini tapıb.
   Kitabda həmçinin dahi rəssam Əzim Əzimzadə (1880-1943), respublikamızda müasir anatomiya elminin banisi Kamil Balakişiyev (1906-1973), görkəmli dilçi alim, professor Rəsul Rüstəmov (1914-1966), 1966-1970-ci illər M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutunun rektoru işləmiş Ağaməmməd Abdullayev, SSRİ-nin fəxri neftçisi, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı Nəsirulla Babayev, daha neçə-neçə tanınmış siyasi xadim, alim, rəssam, şair, bəstəkar, 1941-1945-ci illər və Qarabağ müharibələrinin iştirakçıları və s. barədə də ətraflı məlumatlar verilib.
   İyunun 17-də Novxanı kəndində kitabın təqdimatı keçiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar