Qazax rayonunun Kəmərli kəndində Aslan Kəmərli adına orta məktəbdə Qazax Xeyriyyə Cəmiyyətinin, “Məhsəti” Qadın Şairlər İctimai Birliyinin dəstəyi ilə şair Aslan Kəmərlinin anım günü keçirilib. Tədbirdə akademik Teymur Bünyadov, millət vəkili, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, Qazax RİH-in nümayəndəsi Sərdar Orucov, Qazax Xeyriyyə Cəmiyyətinin sədri Vidadi Bayramov, Yazıçılar Birliyi Qazax şöbəsinin sədri, şair Barat Vüsal, “Məhsəti” ictimai birliyinin sədri, filologiya elmləri namizədi Fəridə Ləman, A.Kəmərli adına orta məktəbin direktoru Minarə Rəhimova və digərləri Aslan Kəmərlinin yaradıcılığından, Qazağın ictimai həyatındakı fəaliyyətindən danışıblar. Tədbirdə Aslan Kəmərlinin 3 cildliyinin 3-cü cildinin təqdimatı olub.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar