Tovuzda aparılan arxeoloji qazıntı işləri başa çatıb. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Nəcəf Müseyibli bildirib ki, rayon ərazisində arxeoloji qazıntı işlərini Azərbaycan və Fransa alimləri aparıblar. Burada enolit, tunc dövrlərinə aid maddi-mədəniyyət nümunələri aşkar olunub.