Babək Rayon Uşaq Musiqi Məktəbinin yeni binası istifadəyə verilib. Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iştirak edib. V.Talıbov bildirib ki, məktəbdə musiqi təhsili alanlar içərisində xüsusi istedadı olan uşaqlar yetişəcək, milli musiqi alətlərimizin əksəriyyəti tədris olunacaq.
   Qeyd edək ki, məktəbin hərtərəfli fəaliyyət göstərməsi üçün lazım olan müvafiq şərait yaradılıb. Müasir tələblər səviyyəsində qurulan bina ən yeni avadanlıqlar, musiqi alətləri və ədəbiyyatla təchiz edilib.