Gəncənin Hacıkənd qəsəbəsində yerləşən 17 saylı kitabxana əsaslı təmir edilib. 1960-cı ildən fəaliyyət göstərən kitabxana təmirdən sonra lazımi avadanlıqla təmin olunub. Açılış mərasimində çıxış edən Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mina Məlikova mədəniyyət sahəsinə, o cümlədən kitabxana sisteminin inkişafına göstərilən dövlət qayğısından danışıb. O qeyd edib ki, gələcəkdə burada elektron resurslar bölməsinin, internet resurs mərkəzinin yaradılması da nəzərdə tutulub. Hazırda kitabxananın 17 min 450 kitabdan ibarət fondu var və gələcəkdə fond daha da zənginləşdiriləcək.