Əsrarəngiz təbiəti və zəngin mədəniyyəti ilə tanınan İsmayıllı rayonunda dövlət qeydiyyatında olan 238 tarixi abidə var. Cari ildə daha 2 qədim yaşayış məskəni aşkar edilib. Arxeoloqların ilkin qənaətinə görə, bu abidələr eramızdan əvvəl II minilliyə aiddir.
   Yaşayış məskənlərindən biri rayonun Pirdinar kəndi yaxınlığında aşkar olunmuşdur. Burada saxsı qablar, 400 ədəd məişət əşyası, küp qəbirlər tapılıb.
   Digər qədim yaşayış məskəni isə Şəbiyan kəndi ərazisindədir. Burada da küp qəbirlər, saxsı qablar və digər əşyalar aşkar olunub.