Tovuz rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Tovuz rayon Heydər Əliyev Muzeyinin kitabxanasında respublikamızda ilk muzey elektron kataloqu və elektron kitabxanası yaradılır.  
   Hazırda elektron kataloqda 4 məlumat bazası yaradılıb: muzey kitabları, rayon mərkəzləşdirilmiş kitabxana sisteminin kitabları və 2 elektron kartoteka bazası. İstifadəçilər axtarışı açar söz, müəllif, sərlövhə və nəşr ili üzrə apara bilər. Sistem avtomatlaşdırılmış rejimdə tapılan sənədləri müəllif, sərlövhə, nəşr ili və sənəd növünə görə qruplaşdırır.
   Bununla yanaşı, Tovuz rayon Heydər Əliyev Muzeyinin kitabxanasında elektron kitabxana da yaradılıb. Hazırda elektron kitabxanaya “Heydər Əliyev və mədəniyyət” 3 cildlik, “Prezident İlham Əliyev və mədəniyyət (2003-2008)” 2 cildlik və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəniyyət sahəsində çoxşaxəli fəaliyyətini əks etdirən “Mədəniyyətimiz və mədəni incilərimizin hamisi” kitablarının elektron versiyası daxildir.