Göyçay Rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində 50 kitabxana fəaliyyət göstərir. Bu kitabxanalarda tez-tez günün aktual mövzularına həsr olunmuş mədəni-kütləvi tədbirlər keçirilir. Bu günlərdə M.Ə.Sabir adına kitabxanada keçirilən “Dünyanı verək uşaqlara” adlı tədbir rayon gənclərinin xüsusi marağına səbəb oldu. İştirakçılar əvvəlcə kitabxananın foyesində təşkil edilmiş kitab sərgisi ilə tanış oldular.
   Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru R.Balayeva mövzu haqqında iştirakçılara məlumat verdi. Mədəniyyət və Turizm Şöbəsinin müdiri Sahib Şükürov ulu öndər Heydər Əliyevin anadan olmasının 88 illiyi ilə bağlı yubileyi ərəfəsində keçirilən silsilə tədbirlərdən biri olduğunu, mayın 18-də Göyçayda “Kitab bayramı” keçiriləcəyini vurğuladı. Tədbir rayon 3 saylı orta məktəbi şagirdlərinin iştirakı ilə hazırlanan gözəl kompozisiya ilə başa çadı.
   
   Nəriman Məlikov,
   Göyçay 
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar