Gəncə şəhərinin Göygöl rayonu istiqamətindəki çıxışında Nizami kompleksi yaradılacaq. Şəhərin baş rəssamı, Əməkdar rəssam Şərif Şərifov bildirib ki, burada dahi şairin “Xəmsə”sinin motivləri əsasında “beşbulaq” inşa ediləcək. Təxminən bir hektar ərazini əhatə edəcək kompleksin mərkəzində isə Nizami Gəncəvinin heykəli ucaldılacaq. Kompleksin ərazisində salınacaq parkda yeni işıqlandırma sistemi quraşdırılacaq, şəhər sakinlərinin istirahəti üçün hər cür şərait yaradılacaq.