Gədəbəydə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş sərgi açılıb. Mərkəzi Mədəniyyət evində təşkil olunmuş sərginin açılış mərasimində prezident İlham Əliyevin Gədəbəyə səfərlərindən bəhs edən videofilm nümayiş olunub. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Kamran Rzazadə Azərbaycanın son 20 ildə keçdiyi inkişaf yolu barədə məlumat verib. Sərgidə Azərbaycan və rus mətbəxləri, rayon haqqında nəşr olunmuş kitablar, Gədəbəyin təbii sərvətlərindən nümunələr təqdim olunub.