Cəlilabad Rayon Xalq Teatrında Milli Qəhrəman Mübariz İbrahimov və onun ardıcıllarının qəhrəmanlığından bəhs edən “Məndən ötrü darıxma“ ikihissəli tamaşanın premyerası olub. Tamaşa yazıçı Akif Həsənlinin Milli Qəhrəman Mübariz İbrahimov, ölkəmizin ərazi bütövlüyümüz uğrunda canlarından keçən cəlilabadlı şəhidlər Əhməd Abdullayev və Fərid Əhmədova həsr etdiyi “Şəhidliyin uca zirvəsində” sənədli romanının motivləri əsasında hazırlanıb.
   Tamaşanın premyerasında rayonun icra strukturlarının rəhbərləri, şəhidlərin valideynləri və milli ordunun əsgərləri, şəhər sakinləri iştirak ediblər.