Gəncə şəhərindəki qədim tikililərin kataloqu hazırlanacaq. Kataloqa 212 qədim tikilinin daxil edilməsi nəzərdə tutulub.
   Kataloqun Gəncəyə gələn turistlər üçün əhəmiyyətli olacağını vurğulayan şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İ.Əliyev bildirib ki, hazırda mövcud tarixi binalarda təmir-bərpa işləri aparılır. Artıq 30 binada restavrasiya işləri başa çatdırılıb. Bu işlər aparılarkən Gəncənin orta əsrlər arxitektura üslubunun qorunmasına ciddi fikir verilib.