Ağcabədi rayonundakı Heydər Əliyev Mərkəzində ümummilli liderin anadan olmasının 89-cu ildönümü münasibətilə “Dahi lider uşaqların gözü ilə“ adlı rəsm müsabiqəsi keçirilib. Müsabiqədə iştirak edən uşaqlar ulu öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycanı, onun keçmişini, bu gününü və gələcəyini çəkdikləri rəsmlərində canlandırıblar. Rəsm müsabiqəsinin sonunda münsiflər heyətinin yekun rəyinə əsasən, qaliblərə fəxri fərmanlar təqdim olunub.