Mayın 7-də Cəlilabad şəhərindəki Heydər Əliyev Seyrəngahında ulu öndərin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş Gül bayramı keçirilib.
   Bayramda ulu öndərin güllərdən hazırlanan portretləri, dövlət rəmzləri, bəzək bitkilərindən və toxumlarından istifadə edilməklə yaradılan orijinal üslublu kompozisiyalar maraqla qarşılanıb.
   Təsviri sənətə həvəs göstərən uşaqlar da Gül bayramında istedadlarını nümayiş etdiriblər. Uşaqların ümummilli liderə sonsuz məhəbbəti rəsm əsərlərinin əsas mövzusunu təşkil edib. Tədbir konsert proqramı ilə başa çatıb.